Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialarda hadisə zamanı 15 şagirdin 1 məktəblini döydüyü bildirilib. Səbəb kimi isə o şagirdin dərsə hazır gəlməsi, müəllimin verdiyi tapşırıqdan əla qiymət alması olduğu göstərilib.
Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.