Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Gərgin yeniyetməlik dövrü yaşayan uşaqlarla necə davranmalı?

Gərgin yeniyetməlik dövrü yaşayan uşaqlarla necə davranmalı?

Yeniyetməlik uşağın ən emossional və həssas dönəmi hesab edilir. Bu uşaqların fiziki, emosional və psixoloji cəhətdən ən böyük dəyişikliklərə məruz qaldığı bir dövrdür. Yeniyetmələr bu vaxtda öz kimliklərini tapmağa çalışır, müstəqillik istəyir və həyatlarına dair qərarlar verməyə başlayırlar. Özlərini hər kəsdən üstün tutur, kənardan verilən öyüd-nəsihət və məsləhətlərə məhəl qoymurlar. Uşaqlıq dövründən yeniyetməlik dövrünə keçidin əsas xüsusiyyətləri heç kəsi, xüsusən də valideynlərlə dil tapmamasıdır.

Uşaqlıq çağından yeniyetməlik dövrünə keçiddə onlarda valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Bu dönəmdə valideynə uşaq saydığı, söz keçirə bildiyi övladı ilə ünsiyyət qurmaq, dil tapmaq müşkülə çevrilir. Bu zaman valideynlə yeniyetmə övladı arasında konfliktlər, münaqişələr baş qaldırır. Nəticədə, yeniyetmə ya evdən qaçır, zərərli vərdişlərə qurşanır, ya da depressiyaya düşür, özünə qapanır. Ona görə də bu dövürdə onlarla doğru şəkildə davranmaq olduqca əhəmiyyətlidir. Əks halda bu dövr, həm uşaqlar, həm də valideynlər üçün çətin və gərgin keçə bilər.

Yeniyetmələr öz kimliklərini tapmağa çalışarkən, uşaqlara özünə hörmət və özünü tanıma mövzusunda valideynlərin bələdçilik etməsi vacibdir. Onlara, sosial təzyiqlərə məruz qalmadan, öz şəxsiyyətlərini formalaşdırmaq və öz seçimlərini etmək üçün dəstək vermək lazımdır.

“Yeniyetməlik emosional dalğalanmaların çox olduğu bir dövrdür”

Psixoloq Vəfa Əkbər deyir ki, yeniyetməlik dövrü, çox böyük dəyişikliklər və inkişaf mərhələsi olduğu üçün valideynlərin diqqətli və anlayışlı yanaşmaları çox önəmlidir. Onlara həm sərhədlər qoyaraq, həm də müstəqilliklərinə hörmət göstərərək düzgün dəstək vermək bu dövrün asanlıqla keçirilməsinə kömək edir: “Yeniyetmələrə mütləq qaydalar və qadağalar tətbiq etmək lazımdır, amma bu sərhədlər çox sərt olmamalıdır. Yeniyetmələr müstəqil olmaq istəyirlər, amma hələ də bəzən nəzarətə ehtiyac duyurlar. Onlara müstəqillik vermək vacibdir, amma eyni zamanda sağlam sərhədlər qoyulmalıdır. Valideynlər tərəfindən aydın və məntiqi qadağalar müəyyənləşdirilməli, amma eyni zamanda onlara bu sərhədlərin nəyə görə vacib olduğunu izah edilməlidir. Sərhədlər, onların təhlükəsizliyini və rifahını qorumağa yönəldilməlidir, amma özlərini müstəqil hiss etmələrini təmin etməlidir. Yeniyetməlik dövrü emosional dalğalanmaların çox olduğu bir dövrdür. Yetkinlik dövründə baş verən hormonal dəyişikliklər əhval-ruhiyyəyə təsir göstərə bilir. Onların bir qismi bu dönəmdə özündən razı, digər qismi isə özündən narazı olur. Onlar öz kimliklərini tapmağa çalışarkən, çox zaman narahatlıq və qarışıqlıq hissi keçirə bilərlər. Duygusal dəstək və onların hisslərini başa düşmək çox vacibdir”.

“Bu dövrdə uşaqlar valideynlərinə qarşı üsyankar, aqressiv olur”

Psixoloqun sözlərinə görə, bəzi ailələr övladlarının yeniyetməlik dövrünə hazır olmurlar: “Yeniyetməlik dövründə uşaqlar valideynlərinə qarşı üsyankar, aqressiv olur. Bu zaman valideynlər anlayış göstərməli və onları başa düşməyə çalışmalıdırlar. Uşaq nə qədər valideyninə səni görmək istəmirəm desə də onun ən böyük dəstəkçisi valideyn və onun sevgisidir. Bu dönəmdə uşağın daha çox valideyn sevgisinə ehtiyac duyur. Ata və ana bu dönəmdə övladına dəstək, qol-qanad olsa, anlayış, nəvaziş göstərsə, o da bu çətin dövrü daha asan keçirər. Bu çox həssas bir dönəm hesab olunduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər. İndiki yeniyetmələrdə informasiya bolluğu var. Amma təəssüf ki, bu informasiyanı döğru istifadə etməyi bacarmırlar. Valideynlər bu barədə övladlarını doğru istiqamətə yönəltmələri çox vacibdir. Yeniyetmələr bəzən çox aqressiv davranışlar göstərirlər və o zaman onlarla danışmaq heç bir əhəmiyyət kəsb etmir, sakitləşmələrini gözləyib daha sonra danışmaq daha yaxşıdır. Hətta çox xırda görünən məsələlər üstündə evdə ciddi söz-söhbət ola bilər”.“Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışırlar”

Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrdə depressiya riskini artıran əsas amillərdən biri də ailədaxili münaqişələrdir: “Ailədaxili münaqişələr bu dövrü yaşayan uşaqlara çox mənfi təsir edir. Ətrafında daim mübahisə edən, dalaşan ata-ana görən uşaq sarsılır və depressiyaya düşür. Yeniyetmələrin depressiyaya düşməsinin səbəblərindən biri də valideynlərin önları öz istədikləri kimi idarə etməsidir. Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışır. Onun fikirlərini, istəklərini önəmsəmir. Sözünə baxmayanda isə uşağa fiziki və psixoloji təzyiqlər edir, cəzalandırır. Bu zaman da uşaq onlardan uzaqlaşır, özünə qapanır, qarşılaşdığı hər hansı bir hadisəni, problemlərini, yaşadıqlarını valideynləri ilə bölüşmür, özünə qapanır və depressiyaya düşür”.

“Uşaqlarda intihara meyililik yüksək olur”

Psixoloq qeyd edib ki, depressiya xəstəlikdir və müalicə olunmazsa daha ciddi problemlərlə qarşılaşıla bilər: “Yeniyetməlik dövründə uşaqlarda intihara meyililik yüksək olur. Bu yaşda intiharlara daha cox rast gəlinir. Bu səbəbdən də valideynlər çox diqqətli olmalıdırlar. Uşaqlar yeniyetməlik dönəmində valideynin diqqətinə, qayğısına, sevgisində, anlayışlı davranışa daha artıq ehtiyac duyurlar. Valideynlər anlayışlı, təmkinli və ən önəmlisi isə münasibətdə çox diqqətli olmalıdırlar”

“Uşağa qarşı anlayışlı, təmkinli olmaq lazımdır”

“Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışırlar”

Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrdə depressiya riskini artıran əsas amillərdən biri də ailədaxili münaqişələrdir: “Ailədaxili münaqişələr bu dövrü yaşayan uşaqlara çox mənfi təsir edir. Ətrafında daim mübahisə edən, dalaşan ata-ana görən uşaq sarsılır və depressiyaya düşür. Yeniyetmələrin depressiyaya düşməsinin səbəblərindən biri də valideynlərin önları öz istədikləri kimi idarə etməsidir. Valideynlər çox zaman uşaqlarını öz istədikləri kimi idarə etməyə çalışır. Onun fikirlərini, istəklərini önəmsəmir. Sözünə baxmayanda isə uşağa fiziki və psixoloji təzyiqlər edir, cəzalandırır. Bu zaman da uşaq onlardan uzaqlaşır, özünə qapanır, qarşılaşdığı hər hansı bir hadisəni, problemlərini, yaşadıqlarını valideynləri ilə bölüşmür, özünə qapanır və depressiyaya düşür”.

Oxşar xəbərlər

Bütün xəbərlər