Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF

Elm və təhsil

Dün, 12:53



İnzibati xəta, yaxud cinayət törədən istənilən şəxs, o cümlədən məktəbli təhsildən daha çox, valideynlərinin və içərisində yer aldığı sosial mühitin “məhsuludur”. Baş verən hadisənin daha geniş və bütün məqamlar nəzərə alınaraq dəyərləndirilməsi, şübhəsiz ki, araşdırmaların nəticəsi tam aydın olduqdan sonra mümkündür. İndiki halda baş verən hadisədən yüksək göstəriciləriylə fərqlənən “İdrak” liseyinin və bütövlükdə təhsil sisteminin hədəfə alınmasını da yanlış yanaşma hesab edirəm.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli bu səhər "İdrak" liseyində baş verən silahlı insidentkə bağlı danışarkən bildirib.

Deputat qeyd edib ki, bu kimi hadisələr istənilən məkanda baş verə bilər və heç kim bundan sığortalanmayıb. Təhsilin hədəfə alınması isə anti-təhsilin, elmsizliyin, cəhalətin, cinayət xarakterli davranışların önə çıxmasına zəmin yaradır. Bu kimi hallar təhlükəsizliklə yanaşı, başqa bir mühüm, bəlkə də təhsil sistemi üçün həyati əhəmiyyət kəsb edən məsələnin müzakirəyə çıxarılmasını zəruri edir.

"Problem ondadır ki, hazırda idarəçilik modelindən asılı olmayaraq, məktəblərin şagirdlərə hər hansı bir formada təsir göstərmək səlahiyyətləri yoxdur. Biz şagird və valideynlərinin hüquqlarını ifrat dərəcədə qabartdıqca, baş verən istənilən neqativ hadisəyə görə məktəbi, təhsili hədəfə aldıqca cəzasızlıq mühiti daha da dərinləşir və belə bir vəziyyətdə şagirdə təsir göstərmək üçün heç bir hüquqi mexanizmi olmayan təhsil müəssisələrini tamamilə müdafiəsiz qoyuruq. Əgər məktəbin həyətinə daxil olan istənilən şəxs, o cümlədən şagird yoxlamaya məruz qalarsa, ona münasibətdə hüquqi addımların atılması zərurətə çevrilərsə, “Tik-tok xalqı”nın təmsilçilərinin buna necə reaksiya verəcəklərini təsəvvür edin" - deyə o bildirib.

Elçin Mirzəbəyli qeyd edib ki, ilk növbədə “şagird hüquqları” anlayışının birtərəfli şərhinə son qoyulmalıdır:

"Bu yanaşma təhsil sistemində şagird hüquqları ilə məktəbin intizam səlahiyyətləri arasındakı hüquqi balansı kobud şəkildə pozur. Qənaətimə görə, mövcud qanunvericilik şagirdin hüquqlarını geniş şəkildə qorusa da, məktəbin və müəllimin təhlükəsiz, nizamlı və təlim üçün əlverişli mühit yaratmaq hüquqlarını aydın və tətbiq edilə bilən mexanizmlərlə təmin etmir.



Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə şagird hüquqları yüksək səviyyədə qorunmaqla yanaşı, məktəblərin intizam və tərbiyə funksiyası da güclü hüquqi əsaslara malikdir. Bu baxımdan, hesab edirəm ki, ölkəmizdə də bu xüsusda bir sıra hüquqi və institusional dəyişikliklərin edilməsi məqsədəuyğundur".

"Qənaətimə görə, ilk növbədə məktəbin təhlükəsiz təhsil mühiti yaratmaq hüququ qanunvericilikdə imperativ şəkildə təsbit olunmalıdır. Yəni müvafiq qanunvericilik aktlarında qeyd olunmalıdır ki, məktəb yalnız təhsil verən deyil, həm də təhlükəsiz, nizamlı və psixoloji cəhətdən sağlam təhsil mühiti yaradan hüquqi subyektdir və bu məqsədlə şagird davranışına müdaxilə etmək səlahiyyətinə malikdir. Belə bir normanın tətbiqi məktəbin digər şagirdlərin hüquqlarının qorunması kimi hüququnu əsaslandıracaq. Eyni zamanda hesab edirəm ki, hər məktəbdə hüquqi qüvvəyə malik olan “Davranış Kodeksi” hazırlanmalı və şagird, valideyn, məktəb rəhbərliyi tərəfindən imzalanmalıdır. Bu sənəddə pozuntu növləri, intizam tədbirləri və onların tətbiqi prosedurları, valideynlərin məsuliyyəti açıq şəkildə göstərilməlidir" - o qeyd edib.

Deputat bildirib ki, məktəbə müəllimə hörmətsizlik, dərs prosesinin pozulması, aqressiv davranış, davamlı intizamsızlıq zamanı şagirdi 1-5 gün müddətinə dərsdən uzaqlaşdırmaq hüququ verilməlidir. Bu müddətdə şagirdin dərs materialları valideyn vasitəsilə təmin oluna bilər. Bu tədbir təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

1498002

Qanunvericilikdə müəllimin dərs prosesini pozan şagirdi dərhal dərsdən çıxarmaq və məktəb administrasiyasına təhvil vermək hüququ aydın təsbit olunmalıdır:

"Məktəblərdə pozucu şagirdin dərs mühitindən müvəqqəti ayrılması üçün nəzarət edilən xüsusi otaqlar yaradılmalıdır. Məqsəd cəza yox, digər şagirdlərin hüquqlarını qorumaq və pozucu şəxsin davranışı üzərində düşünməsini təmin etməkdir. Qanunvericilikdə müəllimin dərs prosesini pozan şagirdi dərhal dərsdən çıxarmaq və məktəb administrasiyasına təhvil vermək hüququ aydın təsbit olunmalıdır. Bu, müəllimin peşə toxunulmazlığı kimi qəbul edilməlidir. Şagird tərəfindən intizam pozuntusu olduqda valideynin məktəbə məcburi çağırılması mexanizmi tətbiq edilməlidir. Valideyn üzrsüz səbəbdən gəlmədikdə bu barədə yerli icra və sosial xidmət orqanlarına məlumat verilməsi normativləşdirilməlidir. Şagirdin davranışı ayrıca meyar kimi qiymətləndirilməli və bu xarakteristikada, məktəbdən məktəbə keçiddə, ali təhsil müəssisələrinə müraciətdə nəzərə alınmalıdır".

E. Mirzəbəyli məktəbə əsaslı şübhə olduqda şagirdin çantasına nəzarət, telefonun dərs vaxtı müsadirəsi, qadağan olunmuş əşyaların götürülməsi hüquqları verilməlidir. Bu, məktəb təhlükəsizliyinin zəruri elementi kimi tanınmalı olduğunu qeyd edib.

"Təkrar və ağır intizam pozuntuları zamanı şagirdin xüsusi nəzarətli təhsil müəssisəsinə keçirilməsi mexanizmi yaradılmalıdır. İntizam məsələləri yalnız inzibati yox, psixoloji və sosial mexanizmlərlə də müşayiət olunmalıdır. Bu səbəbdən məktəblərdə psixoloq və sosial işçi real funksional status almalıdır. Bütövlükdə isə, şagird hüquqlarının qorunması məktəbin zəiflədilməsi hesabına baş verməməlidir. Əksinə, məktəb güclü hüquqi alətlərlə təmin olunmadıqca müəllim nüfuzu zəifləyir, təhsil mühiti pozulur, digər şagirdlərin hüquqları tapdanır. Yalnız məktəbi hüquqi cəhətdən gücləndirməklə sağlam təhsil mühitini qorumaq mümkündür" - o sonda qeyd edib

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

Hadisə

6-02-2024, 15:19

Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ

Elm və təhsil

5-04-2024, 10:06

“Biz uşağa qaşıqla verib, çömçəylə tələb edirik” - Misir Mərdanovla MÜSAHİBƏ

Elm və təhsil

14-05-2025, 13:59

Məktəbdə şiddət: Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Elm və təhsil

15-04-2025, 11:10

Sinifdə "ağa olmaq" istəyi: Kriminal meyillilik nədən qaynaqlanır?

Elm və təhsil

30-12-2025, 10:01

Xaricdə BANM-in filialını açmaq planımız var - Elmar Qasımovla MÜSAHİBƏ

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə