Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?

Son illər təhsil sistemində aparılan islahatların ən çox müsbət qarşılanan tərəflərindən biri müəllimlərin, təlim-tərbiyə işləri üzrə direktor müavini və direktorların müsabiqə yolu ilə işə qəbul edilməsidir. Şəffaflıq, bərabər imkanlar və subyektivliyin azalması baxımından bu addım əhəmiyyətlidir. Lakin ciddi bir sual açıq qalır: yüksək bal toplamaq məktəbi idarə edə bilmək deməkdirmi?

İmtahan əsasən nəzəri bilikləri ölçür. Qanunvericilik, normativ sənədlər, anlayışlar, terminlər… Bunlar vacibdir. Amma məktəb kağız üzərində mövcud olan qurum deyil. Məktəb canlı sistemdir və onu idarə etmək yalnız test bilikləri ilə mümkün deyil.

Tehsilmedia.az qeyd edir ki, direktor sadəcə kabinetdə əyləşən və imza atan şəxs deyil. Direktor sənədlə işləməyi, dərs bölgüsünü, sinif komplektlərinin, normativ-hüquqi aktları, müəllim–valideyn–şagird münasibətlərini, kollektivin psixologiyasını bilən və bütün bunları real şəraitdə idarə edə bilən adamdır.

Amma müsabiqə bu bacarıqların hansını real olaraq ölçür?

Eyni problem müəllim və təlim-tərbiyə üzrə direktor müavini vəzifələri üçün də keçərlidir. Sırf jurnal götürüb dərsə girib-çıxan müəllim nə qədər vicdanlı olsa da, əgər əmrlərə işləməyibsə, sənədləşmə prosesini görməyibsə, məsuliyyət daşıyan idarəetmə mexanizmlərinin içində olmayıbsa, o məktəbi idarə etməyəcək, məktəb onu idarə edəcək.

Bu zaman direktor imtahanı keçmiş, amma real idarəetmə yükü altında əzilən fiqura çevrilir. Müəllim metodikanı bilir, amma sinfi və prosesi idarə edə bilmir. Zavuç normativləri əzbər söyləyir, amma müəllimlə ünsiyyətdə uğursuzdur. Nəticədə məktəb kağız üzərində “düzgün”, real həyatda isə problemli olur.
Burada əsas problem imtahanın özündə deyil.

İmtahandan sonra direktor necə hazırlanır?
Onun yanında mentor varmı?
İlk illərdə fəaliyyəti müşahidə olunurmu?
Qərarvermə, konfliktlərin həlli, kollektivlə iş bacarıqları qiymətləndirilirmi?

Çünki məktəbi idarə etmək təkcə qayda bilmək deyil. Bu, balans saxlamaqdır. Qanunla insanlıq, tələbkarlıqla empatiya, intizamla psixoloji sağlamlıq arasında düzgün xətt çəkməkdir.

Təhsil sistemində növbəti mərhələ artıq bunu qəbul etməlidir ki, yaxşı imtahan verən hər kəs avtomatik olaraq yaxşı direktor, zavuç və ya müəllim olmur.

Müsabiqə qalmalıdır. Amma onun ardınca real praktikanı, məsuliyyəti və idarəetmə bacarığını ölçən mexanizmlər gəlməlidir. Əks halda, biz illərlə eyni sualı verməyə davam edəcəyik:

“İmtahanı keçdi, bəs məktəbi niyə idarə edə bilmir?”

Oxşar xəbərlər

Bütün xəbərlər