Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

İmtahan üçün yox, həyat üçün lazım olan fənlər

Məktəblərdə “ikinci dərəcəli fənlər” kimi təqdim olunan dərslər var: texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, həyat bilgisi, əmək, hətta bəzən informatika. Adından da göründüyü kimi, bu fənlər çox vaxt əsas – riyaziyyat, ana dili, xarici dil və ya təbiət fənlərinin kölgəsində qalır. Saatları azaldılır, formal keçirilir, qiymətləndirmədə ciddi qəbul olunmur. Halbuki reallıq tam əksini deyir: məhz bu “ikinci dərəcəli” adlandırılan fənlər şagirdin həyatı üçün əsas fənlərdən daha çox şey verir.

Tehsilmedia.az bildirir ki, əsas fənlər şagirdə bilik ötürür. İkinci dərəcəli sayılan fənlər isə onu həyata hazırlayır. Riyaziyyat düstur öyrədir, amma texnologiya problemi necə həll etməyi öyrədir. Ana dili qaydaları öyrədir, musiqi isə hissləri ifadə etməyi, dinləməyi və səbirli olmağı formalaşdırır. Fizika qanunları izah edir, fiziki tərbiyə isə sağlam yaşamağı, komanda ruhunu və intizamı aşılayır.

Bu fənlər uşağın yalnız akademik deyil, emosional, sosial və praktiki inkişafını təmin edir. Şagird məktəbdən çıxanda təkcə imtahan suallarını cavablandırmalı deyil, özünü tanımalı, stressi idarə etməli, əməkdaşlıq etməli, yaradıcılıq göstərməli, gündəlik həyatda bacarıqlı olmalıdır. Bu bacarıqları isə heç bir test mərkəzli fənn təkbaşına verə bilmir.
Texnologiya dərsi uşağa əli ilə işləməyi, istehsal etməyi, nəticə görməyi öyrədir. Bu fənn olmayan məktəbdə uşaq yalnız istehlakçı kimi böyüyür. Təsviri incəsənət təxəyyülü genişləndirir, fərqli düşünməyi formalaşdırır. Musiqi emosional balans yaradır, uşağın daxili dünyasını sakitləşdirir. Fiziki tərbiyə isə sağlamlıqla yanaşı, özünə inam və liderlik bacarığı qazandırır.

Zidiyyət ondadır ki, böyüklərin gündəlik həyatda ən çox ehtiyac duyduğu bacarıqlar məhz məktəbdə ən az ciddiyə alınan fənlərdə formalaşır. İnsan iş həyatında riyazi tənliklərdən çox ünsiyyət qurmağa, komandada işləməyə, problemi operativ həll etməyə, yaradıcılıq göstərməyə məcbur qalır. Bütün bunların bünövrəsi isə “ikinci dərəcəli” deyilən fənlərdə qoyulur.

Bu fənlərin ikinci dərəcəli adlandırılması həm müəllimə, həm şagirdə, həm də valideynə yanlış mesaj verir: guya bu dərslər əhəmiyyətsizdir. Nəticədə şagird maraqsızlaşır, müəllimin motivasiyası azalır, məktəb isə birtərəfli, imtahan yönümlü bir məkana çevrilir.

Əslində isə fənləri əsas və ikinci dərəcəliyə bölmək kökündən yanlışdır. Hər fənn fərqli bir insan keyfiyyəti formalaşdırır. Birini çıxardıqda, şəxsiyyət natamam qalır. Güclü təhsil sistemi yalnız yüksək bal toplayan yox, sağlam, düşünən, yaradan və cəmiyyətə uyğunlaşan insan yetişdirməlidir.

Ona görə də sual belə olmalıdır: hansı fənn daha vacibdir? Cavab sadədir – şagirdin həyatına daha çox toxunan fənn. Və çox vaxt bu, illərdir “ikinci dərəcəli” deyib kənara atdığımız fənlər olur.

Oxşar xəbərlər

Bütün xəbərlər