Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək

Aynur Abakarova — təsviri incəsənət müəllimi, uzun illərdir Zaqatala rayonunda müəllim kimi fəaliyyət göstərir. O, yalnız peşəkar pedaqoq deyil, eyni zamanda 11 yaşlı, daun sindromlu bir övladın fədakar anasıdır. Bu ana illərdir həm müəllimlik məsuliyyətini, həm də övladının xüsusi qayğıya ehtiyacı olan həyat yükünü səssiz, təmkinli və ləyaqətlə daşıyır.

Tehsilmedia.az qeyd edir ki, Aynur xanım uzun zamandır ciddi çətinliklərlə üz-üzədir. Buna baxmayaraq, heç vaxt ümidsizliyə qapılmayıb. Çünki onun inandığı bir həqiqət var: bu uşağın gələcəyi var. Onun inkişafı, gələcəkdə öz ayaqları üzərində dura bilməsi üçün ana əlindən gələni edir — vaxtını, sağlamlığını, maddi imkanlarını əsirgəmir.

Lakin Zaqatalada yaşamaq və işləmək bu mübarizəni daha da ağırlaşdırır. Çünki daun sindromlu uşaqlar üçün əsaslı və davamlı reabilitasiya xidmətləri Bakıda yerləşir. Dövlət reabilitasiya mərkəzlərinə çıxış yalnız paytaxtda mümkündür. Bu səbəbdən Aynur xanım övladını yalnız illik 1 aylıq məzuniyyəti dövründə Bakıya gətirə bilir və bu da yüksək maddi xərclər hesabına başa gəlir. Davamlı müalicə və inkişaf isə bu şəraitdə mümkün olmur.

Məhz bu səbəbdən Aynur Abakarova övladının gələcəyi naminə Bakıda işlə təmin olunmaq üçün dəfələrlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət edib. Uzun sürən müraciətlərdən sonra, nəhayət, 30 avqust 2024-cü il tarixində MÜTDA-nın səlahiyyətli şəxslərindən biri — Eşqi Bağırov ilə görüş baş tutur. Həmin görüşdə Aynur xanıma 2025–2026-cı tədris ilində bu problemin müsbət həll ediləcəyi barədə söz verilir.
Bir il ümidlə gözlənilir…

Lakin aradan bir il keçdikdən sonra Aynur xanıma MÜTDA-dan zəng edilir və Bakıda 2 məktəb — 280 və 81 nömrəli məktəblər təklif olunur. Seçim etməsi istənilir. Ardınca bildirilir ki, yalnız 81 nömrəli məktəbi seçə bilər. Daha sonra isə tamamilə anlaşılmaz və qəbuledilməz bir cavabla üzləşir:
“Vakansiya artıq verilib, 1 saat ərzində seçim etməli idiniz.”

Bu qarışıq, ziddiyyətli və izaholunmaz yanaşma Aynur xanımın aylarla, illərlə qurduğu planları, övladının gələcəyi ilə bağlı ümidlərini alt-üst edir. Halbuki o, artıq sənədlərini hazırlamış, Bakıya köç və övladının müalicə planlarını qurmaq mərhələsində idi.

Bu gün Aynur Abakarova yalnız bir müəllim kimi deyil, bir ana kimi övladının taleyindən narahatdır. O, peşəsinin peşəkarıdır, işinə məsuliyyətlə yanaşan müəllimdir və heç bir imtiyaz deyil, yalnız övladının sağlam inkişafını təmin edə biləcək şərait istəyir.

Buradan bir daha açıq şəkildə səslənirik:
Aynur Abakarovanın Bakıda işlə təmin olunması onun şəxsi istəyi deyil — bu, bir uşağın gələcəyi üçün zəruri şərtdir.

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsuliyyəti anlayacaq, bu insan taleyinə laqeyd qalmayacaq və məsələ tez bir zamanda ədalətli şəkildə həllini tapacaq. Bu, təkcə bir müəllimin deyil, bir ananın, bir uşağın və bir cəmiyyətin vicdan məsələsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər