Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?

“Moon kids" adlı məşhur uşaq bağçasında direktorunun adı dələduzluqda hallanıb. İttiham olunan direktor bir neçə şəxsin işə düzəltmə adı ilə müxtəlif məbləğlərdə pul vəsaitini mənimsəyib. Hadisə özü ilə birlikdə özəl məktəbəqədər təhsil müəssisələrində pedaqoji təhsili olmayan şəxslərin işləməsi məsələsini də gündəmə gətirib.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca özəl uşaq bağçalarında işə qəbul məsələsi tam şəkildə mülkiyyətçinin səlahiyyətində olduğunu deyib.

"Nəticədə, kimdir, hansı hazırlığı var, bu sahəyə uyğundurmu kimi suallar çox vaxt nəzərə alınmır və bu da tədrisin keyfiyyətinə birbaşa təsir edir. Halbuki illərlə məktəbəqədər təhsil ixtisası üzrə təhsil almış şəxslər kənarda qalır, ixtisası məlum olmayan adamlar bağçalara işə götürülür. Rüşvət və digər qeyri şəffaf hallar isə ayrıca problemdir".

O bildirib ki, dövlət bağçalarında çalışan tərbiyəçilər və müəllimlər sertifikasiyadan keçdiyi halda, özəl müəssisələrdə belə bir tələb yoxdur:

"Halbuki söhbət eyni yaş qrupundan və eyni təhsil mərhələsindən gedir. Özəl məktəblərdə də müəllim seçimi müəyyən meyarlarla aparılır, lakin bağçalarda bu qaydalar çox vaxt tətbiq edilmir.

Belə vəziyyətdə təsadüfi peşə sahiblərinin məktəbəqədər müəssisələrdə işləməsi mümkündür və buna nəzarət mexanizmi zəifdir. Halbuki valideyn övladını həmin müəssisəyə etibar edirsə, uşağa kimin nəyi və necə öyrətdiyini bilmək onun haqqıdır".

Ekspert deyib ki, bu səbəbdən özəl uşaq bağçalarında da mütəmadi monitorinq aparılmalı, vahid qaydalar müəyyənləşdirilməlidir.

"Zərurət yaranarsa, qəbul prosesi müvafiq dövlət qurumu tərəfindən imtahan yolu ilə tənzimlənə bilər"- deyə o bildirib.

Görünən odur ki, özəl bağçalardakı nəzarətsizlik təkcə təhsilin keyfiyyətini deyil, həm də valideynlərin və iş axtaranların maddi təhlükəsizliyini təhdid edir. "Moon kids" ətrafında yaşananlar bir növ buzdağının görünən tərəfidir. Sistemli islahatlar və ciddi monitorinqlər olmadığı müddətcə, bənzər xoşagəlməz hadisələrin təkrarlanmayacağına heç kim təminat verə bilmir. Belə vəziyyətdə valideynlərə yalnız bir yol qalır ki, övladlarını etibar etdikləri müəssisənin parıltılı reklamlarına yox, orada çalışan kadrların real tərcümeyi-halına daha yaxından baxmaq. (Mənbə:Demokrat.az)

Oxşar xəbərlər

Bütün xəbərlər