Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK

Elm və təhsil

5-02-2026, 17:38



UNEC-də ənənəvi kafedra sistemi ləğv edilir. Belə ki, bu barədə universitetin rektoru, professor Ədalət Muradov məluma verib. Rektor vurğulayıb ki, UNEC-də akademik və inzibati idarəetməni bir-birindən ayırmaqla yeni idarəetmə sisteminin qurulması prosesi davam edir. Əsas hədəf akademik qərarlara inzibati dəstək vermək, inzibati qərarları isə akademik məqsədlərə uyğunlaşdırmaqdır.

Bu məqsədlə UNEC-də Sovet kafedra sistemi ləğv edilib və kafedraların departamentləşməsi prosesi davam edir.

AzEdu.az mövzu ilə bağlı universitetə sorğu ünvanlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) əldə etdiyimiz məlumata görə, UNEC-də həyata keçirilən struktur islahatlarının əsas hədəfi akademik fəaliyyətin səmərəliliyini artırmaq və idarəetmədə müasir standartları tətbiq etməkdir:

"Kafedraların ləğvi və departamentləşmə modelinə keçid, ilk növbədə idarəetmənin optimallaşdırılması və tədrisin səmərəliliyinin artırılması zərurətindən irəli gəlib. Yeni strukturda akademik rəhbərlik yalnız tədrisin məzmunu və keyfiyyətinə məsuliyyət daşıyır, inzibati heyət isə bütün sənədləşmə və texniki işləri öz üzərinə götürür ki, bu da qərarların daha çevik və hədəfəyönümlü qəbuluna şərait yaradır.

Bu yanaşma qərarvermə prosesini mərkəzləşdirməklə yanaşı, diqqəti birbaşa tədrisin keyfiyyətinə yönəldir və fənlərin daha geniş, fənlərarası (interdisciplinary) metodologiya ilə tədrisinə geniş imkanlar açır.

Departamentləşmə prosesi müəllimlərin əsas fəaliyyət istiqaməti olan tədris və elmi-tədqiqat işlərinə daha dərindən fokuslanmasına imkan verir. Eyni zamanda, müəllimlərin iş yükü və əmək müqavilələri müasir beynəlxalq standartlara uyğunlaşdırılır.

Hazırda UNEC-də iki akademik departament fəaiyyət göstərir: Ümumi Fənlərin Təşkili Departamenti və Xarici Dillər Departamenti. Digər kafedraların departamentləşdirilməsi istiqamətində işlər davam etdirlir.

Hələ bütün kafedralar departamentləşdirilməyib və bu proses mərhələli şəkildə davam edir. Qeyd edək ki, işlər 3-4 il əvvəl başlayıb, yekunlaşma tarixi isə hələ məlum deyil".

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, ümumilikdə, bu gün mövcud olan kafedra sistemi bizə Sovet dövründən miras qalmış bir modeldir:

177198

"Həmin sistem o dövrdə formalaşıb və hazırda dünyanın müxtəlif ölkələrində onun üzərində yenidən işlənilir. Artıq departament əsaslı fəaliyyət modeli gündəmdədir və bəzi Azərbaycan universitetləri də bu yanaşmanı tətbiq etməyə başlayıblar.

Hesab edirəm ki, bu addım ümumi inkişaf prosesinə mühüm töhfə verə bilər. Ümumiyyətlə, təhsil sisteminə yeni idarəetmə modellərinin gətirilməsi vacibdir və biz bu istiqamətdə addımlar atmalıyıq. İnanıram ki, UNEC bu məsələni ciddi şəkildə araşdırıb və atılan bu addım təhsilin idarə olunmasına, tədris və təlim proseslərinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Yaxın gələcəkdə bu dəyişikliklərin nəticələrini görəcəyimizə və prosesin daha da irəliləyəcəyinə inanıram.

Bu baxımdan, həyata keçirilən yeniliklərə uğurlar arzulayıram. Qarşımızda duran əsas məqsəd idarəçiliyin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin artırılmasıdır. Atılan bütün addımların hədəfi məhz budur və biz bu istiqamətdə irəliləməyə davam etməliyik".

Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki,ümumiyyətlə kafedra kürsü deməkdir:

177200

"Əslində, kafedralar daha çox bir istiqamət üzrə müəyyənləşdirilir. Hətta UNEC-in özündə vaxtı ilə ayrı-ayrılıqda bir ixtisasın bir neçə kafedrası var idi. Bir ixtisas, bir kafedra modeli olmalıdır, çünki tələbə bir sistem çərçivəsində işləməlidir. Kafedralar kiçikdir, lakin departament daha genişdir. Nəzərə alsaq ki, dünyada fənlərarası tədqiqatlar aparılır, qrantları departamentlər üzərindən cəlb etmək məhsuldarlığı artırmağa imkan verir.

Belə bir müqayisə aparsaq, kafedralar daha kiçik, əhatə dairəsi dar və ixtisaslaşmış olur. Amma departamentlər daha geniş resurslardan səmərəli istifadə imkanına malikdir. Türkiyədə departamentlərin tərkibində dar ixtisaslaşmalar mövcuddur. Bu baxımdan, əlbəttə ki, departamentləşmə prosesinə keçmək müasir dövrün əsas çağırışlarından biridir. Burada həmçinin qərarvermə sürətlənir və məsuliyyət aydınlaşır.

Xatırlayıram ki, əvvəllər bir ixtisas üzrə 5 kafedra var idi. Burada iki sual ortaya çıxır: Biz müəllimlərin sayını və ya yükünü artırmaq istəyirik, yoxsa tələbənin ehtiyacını? Tələbənin və əmək bazarının ona ehtiyacı varmı?

Bu dəyişikliklər qlobal universitet modeli ilə uyğunlaşmağa cavab verir. Kafedra sistemində eyni fənni bəzən bir neçə kafedra tədris edirdi. Hər bir kafedra üçün kabinet, laboratoriya və s. nəzərə alınsa, görün nə qədər büdcə tələb olunur. Bu prosesin həyata keçirilməsini doğru addım kimi dəyərləndirirəm"

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Köşə

23-07-2024, 14:52

Təhsildə idarəetmə konsepsiyası

Köşə

23-07-2024, 16:03

Təhsildə idarəetmə konsepsiyası

Ali təhsil

1-09-2023, 13:30

104 yaşlı Bakı Dövlət Universiteti

Elm və təhsil

29-03-2025, 18:09

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

Elm və təhsil

13-01-2026, 12:02

Universitetlərdə akademik qiymətləndirmə: Elmi tədqiqatlar maaşa təsir edir?

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə