Xəbər lentiwidget-title-icon

ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik

Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”

Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
Ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda bildirib ki, Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir.

Məlumdur ki, ölkənin universitetlərinin bir çoxunda hüquqşünaslıq ixtisası tədris olunur. Bu ixtisasın keçid balı digər ixtisaslarla müqayisədə yüksəkdir və III ixtisas qrupunu seçən abituriyentlərin əksəriyyəti məhz hüquqşünaslıq ixtisasına müraciət edir. Hüquqşünaslıq həm qızlar, həm də oğlanlar arasında maraq doğuran sahədir.

Lakin müşahidələr göstərir ki, süni intellekt və texnoloji inkişafların təsirindən sonra hüquqşünaslıq ixtisasına maraq azalmağa başlayıb və ixtisasın keyfiyyətində müəyyən dəyişiklik hiss olunur. Əvvəllər qəbul balı yüksək idi və abituriyentlər bu ixtisas üçün ciddi rəqabət aparırdılar.

Ədliyyə nazirinin açıqlaması göstərir ki, hüquqşünas ixtisasına maraq azalsa da, iş bazarında bu sahənin mütəxəssislərinə hələ də tələbat var. Bu isə bir sıra sualları gündəmə gətirir: abituriyentlərin marağı həqiqətən azalıbmı, yoxsa ali təhsil müəssisələrinin keyfiyyəti aşağı düşüb? Süni intellektin inkişafı hüquq ixtisasının nüfuzuna təsir göstəribmi? Hüquqşünas ixtisasının əvvəlki mövqeyini bərpa etmək üçün hansı tədbirlər görülməlidir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb. O, qeyd edib ki, süni intellekt sürətlə inkişaf edir və hüquq da daxil olmaqla digər sahələrə təsir göstərəcək.

“Düzdür,süni intellekt və texnoloji inkişaflar əmək bazarına daxil olmaqla, gənclərin ixtisas və qrup seçimlərinə təsir göstərir. Bu, birinci qrupa tələbatın artmasına səbəb ola bilər. Gələcəkdə süni intellekt hüquq sahəsində müəyyən ixtisarların formalaşmasına gətirib çıxara bilər. İnkişaf etmiş ölkələrdə süni intellekt sahəsinə böyük investisiyalar ayrılır - təxminən dörd yüz milyard ABŞ dolları səviyyəsində. Bu isə süni intellektin sürətlə inkişaf edəcəyini və hüquq da daxil olmaqla digər sahələrə təsir göstərə biləcəyini göstərir.

Hazırda ali təhsil müəssisələri kifayət qədər hüquqşünas məzun buraxır və xarici universitetləri bitirən hüquqşünaslar da əmək bazarına daxil olur. Lakin ali təhsil müəssisələrində nəzəri biliklər verilsə də, praktiki bacarıqlar yetərli səviyyədə formalaşmır. Tələbələr 4-cü kursdan təcrübə proqramlarına göndərildikdə bəzi qrumlar iddia ərizəsi belə yazmağı bacarmadıqlarını qeyd edirdilər. Praktiki biliklərin çatışmazlığı əmək bazarında işəgötürənlərin tələblərinə cavab verməyə mane olur və hüquqşünasların iş tapmasına müəyyən çətinlik yaradır”.

Hazırda minlərlə hüquqşünas vakansiya gözləyir:

“Bu problemlər qısa zamanda aradan qaldırılmalıdır. Ali təhsil müəssisələrində praktiki biliklərə üstünlük verilməli, tələbələr müxtəlif təşkilatlarda, şirkətlərdə və qurumlarda praktika keçməyə yönləndirilməlidir. Həmçinin hüquq fakültələrində qızların sayı oğlanlardan çoxdur, çünki xüsusi akademiyalarda - Polis Akademiyası və Dövlət Təhlükəsizlik Akademiyasına əsasən oğlanlar qəbul olunur. Nəticədə yüksək bal toplayan oğlanlar həmin akademiyalara yönəlir, digər ali təhsil müəssisələrində qızlar üstünlük təşkil edir”.

Dövlət hüquq sahəsinə kifayət qədər diqqət göstərir. Plan yerlərinin artırılması, istər Polis Akademiyasında, istər digər ali təhsil müəssisələrində, bu qayğının göstəricisidir.

“Əgər bugün əmək bazarında hüquq fakültəsini bitirən gənc iş tapa bilmirsə, bunun əsas məsuliyyəti ali təhsil müəssisələrinə aiddir. Hər il plan yerlərinin artırılması və dövlət sifarişli yerlərin çoxluğu hüquq fakültələrinin məzun sayını artırır. Bu isə tələbələrin potensialını və savadını inkişaf etdirmək üçün universitetlərdə praktiki təcrübəyə daha çox üstünlük verilməsini zəruri edir”.

Oxşar xəbərlər

Bütün xəbərlər