Xəbər lentiwidget-title-icon

ETN və MÜTDA-nın yeni xaosu: TƏHSİL Hicablı müəllim və şagirdlərə qarşı
Töhmət alan məktəb direktoru işdən çıxarıldı
Əmrullayevin kadr siyasəti sərt tənqid olundur - "Sənan Mənsimli təhsilin əlifbasını da bilmir”
Məleykə Abbaszadə vəzifədən uzaqlaşdırılır -DİM-də geri sayım başladı
Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT
Niyə biz tədqiqat universiteti yarada bilmirik?
Leyla Əliyeva yeni şeirini təqdim etdi
Peşə Təhsil Mərkəzi rəsmi sayt üçün tender elan etdi
Kamran Əsədovun məhkəməsi davam etdirilib
Buraxılış imtahanında stres: şagirdlər panikanı necə idarə etməlidir?
DİM-də təlim təşkil olunub
​"Övladımızı müəllimdən yox, müəllimlə birlikdə qoruyaq!"
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər
Bakı məktəbində ictimai müzakirələr - FOTOLAR
​"Riyaziyyatdan '5', İnsanlıqdan '0' almasınlar deyə..."
Valideyinin qabarmış əllərini nəzərə alaraq sual tərtib edin.
“Yaxşı olardı ki, məzunlar bu qədər sıxışdırılmazdı” - Təhsil ekspertindən ETİRAZ
İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik

Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?

Son dövrlər məktəblərdə müəllimlərdən diaqnostik qiymətləndirmə və BSQ üzrə yazılı təhlillərin tələb olunması artıq ciddi suallar doğurur. Əsas problem ondadır ki, bu tələblər metodik zərurətdən yox, inzibati formalizmdən qaynaqlanır.

Tehsilmedia.az qeyd edir ki, diaqnostik qiymətləndirmənin mahiyyəti müəllimi hesabat yazmağa məcbur etmək deyil, şagirdin ilkin bilik və bacarıq səviyyəsini müəyyənləşdirib tədrisi ona uyğun qurmaqdır. Bu qiymətləndirmə rəsmi sənəd xarakteri daşımır, jurnal üçün deyil, nəzarət mexanizmi deyil və yalnız müəllimin öz pedaqoji fəaliyyəti üçün nəzərdə tutulur.

BSQ isə artıq rəsmi qiymətləndirmədir və nəticələri sistemdə mövcuddur. Ballar, faizlər, statistik göstəricilər istənilən vaxt çıxarıla bilər. Bu halda müəllimdən eyni məlumatları yenidən yazılı formada “təhlil” adı altında tələb etmək nə pedaqoji baxımdan əsaslıdır, nə də təhsilin keyfiyyətinə real töhfə verir. Nəticələr artıq sistemdə varsa, müəllimin onları yenidən köçürməsi sadəcə kağızçılıqdır və vaxt itkisinə çevrilir.

Ən problemli məqam isə budur ki, müəllim onsuz da dərs keçir, planlaşdırma aparır, qiymətləndirməni icra edir, jurnalı doldurur və BSQ-ni təşkil edir. Bunun üzərinə bir də diaqnostik və summativ qiymətləndirmələrin uzun-uzadı yazılı təhlillərini əlavə etmək müəllimi əsas vəzifəsindən uzaqlaşdırır. Bu, tədrisin keyfiyyətini artırmır, əksinə müəllimi yorur, motivasiyanı azaldır və prosesi formallığa çevirir.

Əslində təhlil işi müəllimin deyil, metodistlərin, məktəb rəhbərliyinin və regional idarəetmə strukturlarının funksiyasıdır. Müəllimdən tələb olunmalı olan hesabat yox, pedaqoji qərardır. Yəni nəticələrə baxaraq növbəti dərslərdə hansı boşluqları aradan qaldıracağını, hansı yanaşmanı dəyişəcəyini qısa şəkildə ifadə etməsi kifayətdir. Bir-iki cümləlik peşəkar refleksiya yüzlərlə cədvəldən və formal təhlildən daha faydalıdır.

Müəllimi təhlil yazan məmura çevirmək təhsilin ruhuna ziddir. Diaqnostik qiymətləndirmənin yazılı təhlilini tələb etmək metodik baxımdan səhv, BSQ təhlilini müəllimin üzərinə yükləmək isə idarəetmədə məsuliyyətin ötürülməsidir. Təhsil kağız üzərində yox, sinif otağında inkişaf edir. Müəllimin işi cədvəl doldurmaq yox, öyrətməkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər