Xəbər lentiwidget-title-icon

Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar

Universitetlərdə valideyin iclası keçiriləcək? - AÇIQLAMA

Sosial şəbəkələrdə universitetlərdə də tələbələr üçün valideyn iclaslarının təşkil olunması ilə bağlı təkliflər irəli sürülür. Qeyd olunur ki, ali təhsil müəssisələrində açıq qapı günləri keçirilsə də, bu görüşlər daha çox valideynlərin tələb və təkliflərinin dinlənilməsi ilə həyata keçirilir. Məktəblərdə olduğu kimi mütəmadi valideyn iclaslarının təşkil olunacağı təqdirdə isə müəllimlər valideynlərə övladlarının dərslərə münasibəti, məsuliyyəti və davranışları barədə ətraflı məlumat verə bilərlər.

Məhz bu səbəbdən universitetlərdə də valideyn iclaslarının keçirilməsi təklif edilir. Bildirilir ki, bu təklif reallaşarsa, tələbələr dərslərə daha məsuliyyətlə yanaşar və onların akademik göstəriciləri yüksələr. "Çünki bir çox hallarda tələbələr evdən “dərsə gedirəm” adı ilə çıxsa da, faktiki olaraq dərslərə qatılmırlar",- deyə qeyd olunur.

AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat, "Əməkdar müəllim" Sona Əliyeva danışıb.

Müsahibimiz qeyd edib ki, əgər ali təhsil müəssisəsi tələbənin davamiyyətini, akademik performansını və imtahanlara münasibətini izləyə bilmirsə, bu məsuliyyəti valideynə yükləmək problemdən qaçmaqdır:

"Birinci olaraq qeyd etmək lazımdır ki, universitet məktəb deyil. Ali təhsil artıq nəzarətə yox, məsuliyyətə əsaslanan mərhələdir. Tələbə yetkin, hüquqi baxımdan müstəqil bir şəxsdir və onun dərsə gedib-getməməsi valideyn iclası ilə yox, şəxsi mövqeyi ilə ölçülməlidir.

Valideyn iclası ideyasının arxasında duran əsas problem əslində başqadır: universitetlərdə akademik nəzarət mexanizmləri zəif işləyir. Davamiyyətə, dərs intizamına, tələbənin real akademik prosesdə olub-olmamasına universitet özü nəzarət etməlidir. Bu funksiyanı valideynə ötürmək ali təhsilin mahiyyətini şübhə altına almaq deməkdir. Doğrudan da belə bir reallıq var ki, bəzi tələbələr evdən “dərsə gedirəm” adı ilə çıxır, amma dərsə getmir. Amma bu problem valideyn iclası ilə həll olunacaq məsələ deyil. Bu, universitetin öz sistemində boşluq olduğunu göstərir.

Əgər ali təhsil müəssisəsi tələbənin davamiyyətini, akademik performansını və imtahanlara münasibətini izləyə bilmirsə, bu məsuliyyəti valideynə yükləmək problemdən qaçmaqdır. Universitetdə valideyn iclası keçirmək isə yetkin insanı yenidən məktəb şagirdi səviyyəsinə endirməkdir. Bu yanaşma tələbənin məsuliyyət hissini artırmaz, əksinə, onun özünəinamını azaldar. Bu zaman tələbənin aldığı mesaj budur: “Sən öz həyatına cavabdeh deyilsən, sənin valideynin cavabdehdir".

Tələbə dərsə gəlmirsə, bunun nəticəsini hiss etməlidir. Bu zaman valideynin deyil, sistemin reaksiyası görməlidir:

"Əgər məqsəd doğrudan da akademik göstəriciləri yüksəltməkdirsə, bunun həlli valideyn iclası keçirmək deyil. Bunun həll yolu şəffaf davamiyyət sistemi, real qiymətləndirmə, müəllimin tələbəyə qarşı məsuliyyətli mövqeyi və universitetin öz qaydalarını işlək hala gətirməsindən keçir. Tələbə dərsə gəlmirsə, bunun nəticəsini hiss etməlidir; bu zaman valideynin deyil, sistemin reaksiyası görməlidir. Əlbəttə, valideynlə universitet arasında əlaqə tam qopmamalıdır. Amma bu əlaqə maarifləndirici, informativ və könüllü xarakter daşımalıdır.

Məsələn, ilk kurslarda ümumi məlumatlandırma, universitet qaydalarının izahı, tələbənin razılığı əsasında akademik vəziyyətlə bağlı ümumi informasiya valideyinə göndərilə bilər. Amma mütəmadi valideyn iclaslarının keçirilməsi artıq absurddur və ali təhsilin ruhuna ziddir. Universitet azadlıq məkanıdır. Azadlıq isə nəzarətlə yox, məsuliyyətlə ölçülür. Problem isə tələbədə deyil, ali təhsil sisteminin mexanizminin düzgün qurulmamasındadır".

Oxşar xəbərlər

Bütün xəbərlər