"Arvana kənd tam orta məktəbi haqqında daha əvvəl də yazı paylaşılmışdıq. Lakin problem problem olaraq qalır. Bu da az deyilmiş kimi ənənəvi "tətil" problemi özünü göstərir. "
Tehsilmedia.az qeyd edir ki, Yardımlı rayonu Arvana kənd tam orta məktəbində illərdir davam edən ciddi bir problem var və təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb. Məktəbdə dekabr ayından etibarən faktiki olaraq şagird davamiyyəti olmur. Şagirdlər məktəbə gəlmir, lakin müəllimlər formal şəkildə dərsə gəlib jurnalları doldurur və məktəbi tərk edirlər. Bu vəziyyət artıq istisna yox, ənənəvi bir hal alıb və hər il eyni ssenari ilə mart ayına qədər davam edir.
Yalnız mart–aprel aylarında şagirdlərin məktəbə gəlişi bərpa olunur və sanki hər şey normal imiş kimi davamiyyət “birdən-birə” qaydasına düşür. Halbuki aylarla davam edən bu boşluq şagirdlərin bilik səviyyəsinə, təlim-tərbiyə prosesinə və ümumilikdə təhsilin keyfiyyətinə ciddi zərbə vurur.
Yardımlı rayonu Arvana kənd tam orta məktəbində illərdir davam edən ciddi bir problem var və təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb. Məktəbdə dekabr ayından etibarən faktiki olaraq şagird davamiyyəti olmur. Şagirdlər məktəbə gəlmir, lakin müəllimlər formal şəkildə dərsə gəlib jurnalları doldurur və məktəbi tərk edirlər. Bu vəziyyət artıq istisna yox, ənənəvi bir hal alıb və hər il eyni ssenari ilə mart ayına qədər davam edir.
Yalnız mart–aprel aylarında şagirdlərin məktəbə gəlişi bərpa olunur və sanki hər şey normal imiş kimi davamiyyət “birdən-birə” qaydasına düşür. Halbuki aylarla davam edən bu boşluq şagirdlərin bilik səviyyəsinə, təlim-tərbiyə prosesinə və ümumilikdə təhsilin keyfiyyətinə ciddi zərbə vurur.
Davamiyyət kağız üzərində var, amma reallıqda məktəb aylarla şagirdsizliklə fəaliyyət göstərir
Bu məsələ ilə bağlı Arvana kənd tam orta məktəbi haqqında daha əvvəl də yazı paylaşılmışdı. Lakin aradan vaxt keçməsinə baxmayaraq, problem problem olaraq qalır. Nə real nəzarət var, nə də məsuliyyət daşıyan qurumların ciddi müdaxiləsi hiss olunur. Davamiyyət kağız üzərində var, amma reallıqda məktəb aylarla şagirdsizliklə fəaliyyət göstərir