Xəbər lentiwidget-title-icon

MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır
"Nar" bu liseyin şagirdlərinə 20 notbuk HƏDİYYƏ etdi
Qəbul imtahanının II mərhələsinin II cəhdi üçün qeydiyyat başlayır
Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalları baş tutub
Prezident İlham Əliyev: “Yaşıl enerji” imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfidir
“ChatGPT" ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Yeni dələduzlar peyda olub - Valideynlərə XƏBƏRDARLIQ
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? - İlqar Orucovdan MƏSLƏHƏT
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Füzuli Təhsil Sektorunda ƏSL SİRK
“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT
Naxçıvanın sertifikasiya sərgüzəştləri...
Şəhid Elçin Kərimbəylinin həyat yolu şagirdlərə nümunə göstərildi
Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı

Berlində Xocalı soyqırımının qurbanları anılıb - FOTOLAR

Berlində Xocalı soyqırımının qurbanları anılıb - FOTOLAR

Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi fevralın 22-də Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib.

Xocalı soyqırımına dair alman dilində səfirliyin hazırladığı qısa filmin nümayişi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib. Səfir çıxışında Xocalı soyqırımının Soyuq müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyasının Xocalı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə tarixi ədalətin bərqərar olduğunu qeyd edən səfir, Xocalının da işğalına son qoyulduğunu, tezliklə Xocalı sakinlərinin öz ana yurdlarına dönməyə başlayacaqlarını bildirib.

Sonra Xocalı soyqırımının canlı şahidi, yazıçı-publisist Səriyyə Müslümqızına söz verilib. S.Müslümqızı öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrin 20-ci əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, onun haqlı olaraq soyqırımı adlandırıldığını vurğulayıb. Soyqırımı nəticəsində 600-dən çox Xocalı sakinin qəddarcasına qətlə yetirildiyi, 150 nəfərdən çox şəxsin itkin düşdüyü və onların taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb. S.Müslümqızı bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bu gün, Qarabağın digər bölgələrində olduğu kimi, Xocalı şəhərində də bərpa-quruculuq işləri sürətlə aparılır və ən yaxın zamanda ilk Xocalı ailələri öz şəhərlərinə geri dönəcəklər. Bildirilib ki, 32 illik ayrılıqdan sonra Xocalı sakinlərinin buraya qayıtması və şəhərdə yenidən uşaq səslərinin eşidilməsi xalqımızın tarixinə əbədi yazılacaq.

Daha sonra Xocalı soyqırımına həsr edilmiş “Geriyə baxma” sənədli filminin və S.Müslümqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı keçirilib.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər