Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının finalları baş tutub
Mayın 31-də Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi keçirilib.
Aztəhsil.az xəbər verir ki, imtahan ölkə üzrə Gəncə, Şəki, Şirvan, Sumqayıt, Bakı və Naxçıvan şəhərlərində təşkil edilib.
Qiymətləndirmə meyarlarına əsasən, suallar müxtəlif bal aralığında dəyərləndiriləcək. Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının nəticələrinin 8 iyun tarixində elan edilməsi nəzərdə tutulur. Respublika Fənn Müsabiqələrinin də yoxlanılma prosesi davam edir.



























