Xəbər lentiwidget-title-icon

"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Yeni dələduzlar peyda olub - Valideynlərə XƏBƏRDARLIQ
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? - İlqar Orucovdan MƏSLƏHƏT
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Füzuli Təhsil Sektorunda ƏSL SİRK
“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT
Naxçıvanın sertifikasiya sərgüzəştləri...
Şəhid Elçin Kərimbəylinin həyat yolu şagirdlərə nümunə göstərildi
Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı
Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI
İngiltərədə gənclərin məşğulluq proqramı genişlənir
Sinif otağında görünməyən qaydalar: müəllimin hüququ və borcu nədir?
Elm və təhsil jurnalistikasında ixtisaslaşmaq istəyən tələbələrin nəzərinə
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə “vida reportajı”
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
“Peşə Təmayüllü Siniflərin Əl İşləri Sərgisi” keçirilib
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Prezidentdən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM
“Biz məktəbdə qadağan etdik, harada edirlər özləri bilsinlər...”
TKTA qiymətləndirmədən uğurla keçən 13 nəfərə peşə sənədi təqdim edib
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Təhsilimiz Bağırovlardan qurtula bilmir - Təəssüf ki...
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir

Müəllimlərlə bağlı şok qərar VERİLDİ

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Belə ki, bu yaxınlarda Bakıdakı 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinin şəkillərini saytlardan götürən naməlum şəxslər onların üzərində qeyri-etik məzmunlu dəyişikliklər edərək sosial şəbəkələrdə paylaşıb və lağ obyektinə çeviriblər. Müəllim nüfuzuna ciddi zərbə vuran qanunsuz əməllərin kimlər tərəfindən edildiyi hazırda araşdırılır.

Beləliklə, son hadisələr məktəbləri öz müəllimlərinin şəkillərini gizlətməyə məcbur edib. Hazırda Bakıdakı heç bir məktəbin saytında nə direktor və müavinlərin, nə də pedaqoji heyət üzvü olan müəllimlərin şəkilləri qalır. Bəzi təhsil ocaqlarının saytında hətta müəllimlərin şəkillərilə yanaşı, onların ad-soyadlarını belə silməyə məcbur qalıblar.

Bəzi iddialara görə, sosial şəbəkələrdə müəllimlərin şəkilllərilə bağlı qarşı qeyri-etik hərəkətlər edənlər arasında yuxarı sinif şagirdləri də var.

Təhsil eksperti Elmin Nuri Modern.az-a bildirib ki, müəllimlərlə bağlı təhqiredici materialların sosial şəbəkələrdə yayılması bir neçə şəxsin məsuliyyətsiz davranışından daha böyük problemin göstəricisidir. Burada söhbət müəllim nüfuzuna, insan ləyaqətinə və cəmiyyətin mənəvi dəyərlərinə münasibətdən gedir.

“Müəllim cəmiyyətin ən həssas və ən vacib peşə sahiblərindən biridir. Həkim insanın bədənini müalicə edirsə, müəllim onun düşüncəsini formalaşdırır. Bir xalqın gələcəyi sinif otaqlarında qurulursa, həmin otaqların mərkəzində müəllim dayanır. Belə bir peşə sahibini məsxərəyə çevirmək, onun şəxsiyyətini alçaltmaq və bunu əyləncə kimi təqdim etmək sadəcə tərbiyəsizlik deyil, bu, mənəvi iflasın göstəricisidir”.

Təhsil müətəxəssisləri deyirlər ki, müəllimini sosial şəbəkələrdə alçaltmağa cəhd edən bir yeniyetmə sabah iş yerində rəhbərinə, küçədə yaşlı insana, ailədə valideyninə də eyni münasibəti göstərə bilər. Hörmətsizlik yoluxucu xəstəlik kimidir; qarşısı vaxtında alınmasa, bütün cəmiyyətə yayılır.

Bu, cəmiyyət üçün təhlükəli siqnaldır.

Oxşar xəbərlər

Bütün xəbərlər