Xəbər lentiwidget-title-icon

"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Yeni dələduzlar peyda olub - Valideynlərə XƏBƏRDARLIQ
Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? - İlqar Orucovdan MƏSLƏHƏT
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Füzuli Təhsil Sektorunda ƏSL SİRK
“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT
Naxçıvanın sertifikasiya sərgüzəştləri...
Şəhid Elçin Kərimbəylinin həyat yolu şagirdlərə nümunə göstərildi
Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı
Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI
İngiltərədə gənclərin məşğulluq proqramı genişlənir
Sinif otağında görünməyən qaydalar: müəllimin hüququ və borcu nədir?
Elm və təhsil jurnalistikasında ixtisaslaşmaq istəyən tələbələrin nəzərinə
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə “vida reportajı”
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
“Peşə Təmayüllü Siniflərin Əl İşləri Sərgisi” keçirilib
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Prezidentdən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM
“Biz məktəbdə qadağan etdik, harada edirlər özləri bilsinlər...”
TKTA qiymətləndirmədən uğurla keçən 13 nəfərə peşə sənədi təqdim edib
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Təhsilimiz Bağırovlardan qurtula bilmir - Təəssüf ki...
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir

Lisey, gimnaziya, yoxsa ümumtəhsil məktəbi? - İlqar Orucovdan MƏSLƏHƏT

"Birinci sinfə seçim edərkən valideynlər məktəbin statusundan daha çox uşağın fərdi xüsusiyyətlərinə, psixoloji hazırlığına və məktəbin evə olan məsafəsinə diqqət yetirməlidirlər. Burada status dedikdə lisey, gimnaziya və ya ümumtəhsil məktəbi olması nəzərdə tutulur. 6 yaşlı uşağın məktəbə rahat adaptasiyası və gələcək inkişafı üçün ilkin mərhələdə güclü proqramdan daha çox emosional rahatlıq və düzgün müəllim seçimi həlledici rol oynayır".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, lisey, gimnaziya və ümumtəhsil məktəblərinin müəyyən fərqləri var:

"Ümumtəhsil məktəblərində tədris standart dövlət proqramı çərçivəsində təşkil olunur. Gimnaziyalar daha çox humanitar və dil yönümlü təhsilə üstünlük verir və bu sahələrə marağı olan uşaqlar üçün nəzərdə tutulur. Liseylər isə texniki və təbiət elmlərinə meyilli şagirdlər üçün daha uyğun seçim hesab olunur. Məzmun baxımından da fərqlər mövcuddur. Ümumtəhsil məktəblərində bütün fənlərə eyni yanaşma tətbiq edilir. Gimnaziyalarda humanitar və dil fənləri, liseylərdə isə texniki və təbiət elmləri istiqamətləri daha dərindən tədris olunur".

Müsahibimiz qeyd etdi ki, bu təhsil müəssisələrinə qəbul qaydaları da fərqlidir:"Ümumtəhsil məktəblərinə qəbul birbaşa, yəni müsabiqəsiz həyata keçirilir. Gimnaziya və liseylərdə isə qəbul adətən müsabiqə və ya imtahan əsasında aparılır. Şagirdlərin yüklənmə səviyyəsinə gəldikdə, ümumtəhsil məktəblərində bu göstərici orta hesab olunur. Burada xüsusi dərinləşdirilmiş proqramlar olmadığı üçün adaptasiya baxımından daha əlverişli mühit formalaşır. Gimnaziyalarda yüklənmə səviyyəsi daha yüksəkdir. Burada dil bacarıqlarının və təhlil qabiliyyətlərinin inkişafına xüsusi diqqət ayrılır. Liseylərdə isə yüklənmə daha çox ola bilər, çünki məntiqi və riyazi təfəkkürün inkişafına üstünlük verilir. Məktəb növlərinin hansı uşaqlar üçün daha uyğun olduğuna da diqqət yetirmək vacibdir. Ümumtəhsil məktəbləri standart tempdə öyrənən uşaqlar üçün münasib seçimdir. Gimnaziyalar yaradıcı düşüncəyə malik və nitq qabiliyyəti yaxşı inkişaf etmiş uşaqlar üçün daha uyğundur. Liseylər isə riyazi təfəkkürü və məntiqi düşünmə bacarıqları yüksək olan şagirdlər üçün daha məqsədəuyğundur".

Ekspert qeyd etdi ki, valideynlərin diqqət etməli olduğu əsas məqamlardan biri müəllim faktorudur. İ.Orucovun sözlərinə görə, ibtidai sinifdə ən vacib amil məktəbin adı deyil, məhz uşağa dərs deyən müəllimdir:Müəllimin uşaqlarla münasibəti, səbri və tədris metodikası adaptasiya prosesinə birbaşa təsir göstərir. İbtidai sinif müəllimi uşağın gələcək təhsil uğurunun formalaşmasında mühüm rol oynayan əsas fiqurlardan biridir. Diqqət yetirilməli digər məsələ məsafə və logistika amilidir. Evə yaxın məktəb uşağın yolda yorulmasının qarşısını alır. Səhər tezdən uzun məsafə qət edən uşaqların dərsə fokuslanması daha çətin olur. Uşağın psixoloji hazırlığı da mühüm əhəmiyyət daşıyır. Lisey və gimnaziyalarda rəqabət və tapşırıq yükü daha çox olduğundan həssas və tez yorulan uşaqlar üçün bu mühit əlavə çətinlik yarada bilər. Bu isə onların təhsilə və məktəbə olan marağının azalmasına səbəb ola bilər. Mövcud qaydalara əsasən, ümumtəhsil məktəblərində elektron sistem vasitəsilə ərazi prinsipi üzrə üstünlük verilir. Lisey və gimnaziyaların bir qismində qəbul ibtidai sinifdən, digər qismində isə 5-ci sinifdən etibarən imtahan yolu ilə həyata keçirilir".

Həmsöhbətimizin fikrincə, ibtidai sinif mərhələsində, yəni 1-4-cü siniflərdə ümumtəhsil məktəbi və ya evə yaxın gimnaziya daha uyğun seçimdir.

"Çünki bu dövrdə uşağın əsas ehtiyacı öyrənməyi sevmək və sosiallaşmaqdır. Yuxarı siniflərdə isə seçim uşağın meyil və potensialına uyğun aparılmalıdır. Adətən 3-4-cü siniflərdə uşağın bacarıqları və maraq dairəsi artıq müəyyən qədər formalaşır. Bu baxımdan, əgər şagird güclü məntiqi təfəkkür nümayiş etdirirsə, onun 5-ci sinifdən etibarən ixtisaslaşmış liseylərə yönləndirilməsi daha effektiv nəticələr verə bilər", - deyə o bildirdi.

Oxşar xəbərlər

Bütün xəbərlər