Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Dekabr ayının 12-də Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Heydər Əliyev – müasir Azərbaycan-Almaniya münasibətlərinin banisi” mövzusunda geniş tədbir təşkil edib.

Səfirlikdən "tehsilmedia.info" a verilən məlumata görə, tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 300-ə yaxın qonaq iştirak edib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışıb. Qeyd edib ki, məhz onun səyləri nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısı alınıb, sabitlik bərpa olunub və ölkə tədricən inkişaf yoluna qədəm qoyub. Səfir vurğulayıb ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və balanslı xarici siyasətinin formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Əlavə edib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə nəticələnmişdir.

Daha sonra çıxış edən Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru Urs Unkauf Heydər Əliyevin Azərbaycan-Almaniya münasibətlərinin formalaşmasında oynadığı roldan, münasibətlərə mühüm töhfə verən Almaniya səfərlərindən, habelə alman rəsmiləri ilə keçirdiyi görüşlərindən danışıb. U.Unkauf vurğulayıb ki, Heydər Əliyev Qərb ölkələri arasında Almaniya ilə münasibətlərə xüsusi önəm verib və bu münasibətlərin dinamik, yüksələn xətlə inkişafı üçün əlverişli zəmin hazırlayıb.

Tədbir çərçivəsində həmçinin Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi Heydər Əliyev portretinin təqdimatı keçirilib. Rəssam tədbir iştirakçılarına onu bu rəsm əsərini çəkməyə həvəsləndirən amillər barədə məlumat verib.

Çıxışlardan sonra keçirilən anım konsertində Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız - dirijor, skripkaçı və bəstəkar Anar İbrahimovun rəhbəri olduğu “Reyn virtuozları” adlı kamera orkestrinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Berlində Heydər Əliyevin anım günü keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər