Gənclər Təşkilatları ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər - FOTO
Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
tehsilmedia.info xəbər verir ki, universitetin kollektivi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin məzarı önünə tər güllər düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri qoyulub.






































