Tələbə və məzunlar üçün rəqəmsal layihələrdə təcrübə imkanı
4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq yay təcrübə proqramı elan edir.
Aztəhsil.az xəbər verir ki, aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.
• Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL; • IT layihə koordinatorluğu;
• Frontend tərtibatı – HTML, CSS, jаvascript, TypeScript, React, Git; • Data analitikası – Power BI, Python, Web Scraping, ETL;
• SMM – Photoshop, Canva; • Layihələrin hesabatlılığı;
• Kontent yaradıcılığı və rəqəmsal marketinq;
• Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları;
• Tədqiqat və analitika: tədqiqat metodologiyası, analitik təhlil və düşüncə, məlumat mənbələrinin qiymətləndirilməsi, tədqiqat sənədlərinin hazırlanması, İngilis dili (B2+).
Qeyd: Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Proqram hibrid formada həyata keçiriləcəkdir. Seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.
Müraciət üçün: //forms.gle/76HjV7FroGDbCpFC9
Son müraciət tarixi: 8 iyun 2026-cı il.



























