AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib.
Bu barədə "tehsil.media"a institutdan bildirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Qafqaz siyasəti və tarixi şöbəsinin müdiri t.ü.f.d. Günel Musayeva “Rusiya-Ermənistan humanitar əməkdaşlığı” mövzusunda məruzə edib. O, Rusiya Federasiyası və Ermənistan arasında humanitar əməkdaşlığın istiqamətləri mövcud problemləri təhlil edib.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.