Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır

Qazaxıstanda ali məktəblərə qəbul sisteminin yenilənməsi üçün yeni imtahan modeli hazırlanır.

AzEdu.az xəbər verir ki, yeni qiymətləndirmə aləti ölkənin Elm və Ali Təhsil Nazirliyi, Milli Test Mərkəzi, beynəlxalq ölçmə və qiymətləndirmə sahəsində ixtisaslaşmış qurumun tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Rəsmi açıqlamalara görə, yeni imtahan modeli ali təhsil sistemində ədalətlilik, şəffaflıq və etibarlılığın gücləndirilməsinə xidmət edəcək. Modelin əsas məqsədi abituriyentlərin yalnız fənn biliklərini deyil, həm də müasir təhsil mühitində uğur qazanmaq üçün vacib olan düşünmə və tətbiq bacarıqlarını qiymətləndirməkdir.

Yeni yanaşma çərçivəsində həm akademik hazırlıq səviyyəsi, həm də tənqidi düşünmə, yazılı ifadə, ünsiyyət, rəqəmsal savadlılıq və yaradıcı yanaşma kimi bacarıqların ölçülməsi nəzərdə tutulur. Bu yanaşmanın abituriyentlərin hazırlığını daha dolğun şəkildə dəyərləndirməyə imkan verəcəyi bildirilir.

Milli Test Mərkəzinin rəhbərliyi qeyd edib ki, mövcud qəbul imtahanları son illər daha çox yaddaş və testə yönəlik hazırlıq meyillərinə görə tənqid olunur. Aparılan təhlillər yüksək nəticələrin hər zaman tələbələrin gələcək akademik uğur potensialını tam əks etdirmədiyini göstərir. Yeni model isə düşünmə, analiz və biliklərin praktik tətbiqi kimi keyfiyyətlərə üstünlük verəcək.

Yeni tipli imtahan ilkin mərhələdə mövcud qəbul mexanizmini əvəz etməyəcək və mərhələli şəkildə tətbiq olunacaq. İlk olaraq sınaq imtahanlarının ölkədə fəaliyyət göstərən xarici universitetlərin filiallarında keçirilməsi, daha sonra isə nəticələr əsasında geniş tətbiq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində imtahan tapşırıqlarının hazırlanması və qiymətləndirmə prosesində müasir texnoloji həllərin istifadəsi də nəzərdə tutulur. Bununla yanaşı, yeni modelin formalaşdırılması məqsədilə geniş təhlil və ictimai rəy araşdırmalarının aparılacağı bildirilir

Oxşar xəbərlər

Bütün xəbərlər