“VR ilə İngilis dilini öyrən” layihəsi çərçivəsində innovativ dərslər və seminarlar uğurla həyata keçirildi
Mondly platforması və VR alətlərinin tətbiqi ilə 8-ci, 9-cu və 10-cu siniflərdə ingilis dili dərslərinin inteqrasiyası uğurla reallaşdırılmışdır. Layihənin əsas məqsədi şagirdlər üçün real mühitə yaxın, interaktiv və praktik dil öyrənmə ekosistemi formalaşdırmaq olmuşdur.
Layihə çərçivəsində müəllimlər üçün platformanın funksionallığı, AR/VR inteqrasiyası və nitqin tanınması imkanları üzrə seminar təşkil olunmuşdur. Seminar Ofeliya Qafarova tərəfindən keçirilmişdir. Təqdimatda:
VR mühitdə danışıq simulyasiyası,
Chat-bot və süni intellekt dəstəyi,
Sinifə inteqrasiya strategiyaları,
Monitorinq və nəticələrin ölçülməsi mexanizmləri ətraflı şəkildə izah edilmişdir.
İngilis dili dərsləri mentor müəllim Ruhəngiz Heydərovanın iştirakı ilə aparılmışdır. Dərslərdə şagirdlər:
VR mühitdə situativ dialoqlarda iştirak etmiş,
Tələffüzlərini sistem üzərindən analiz etdirmiş,
Real həyat ssenarilərində danışıq bacarıqlarını praktik olaraq tətbiq etmişlər.
Bu yanaşma şagirdlərin motivasiyasını artırmış, aktiv iştirak səviyyəsini yüksəltmiş və kommunikativ bacarıqların inkişafına müsbət təsir göstərmişdir.
icxeberler.com