"Azərbaycanın təhsil sistemində son on ildə islahatlar aparılır".
"
tehsil.media"ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.
Nazir ali təhsil müəssisələrində imtahanların şəffaf keçirildiyini bildirib.
"Növbəti illər ərzində dünyanın top universitetlərində doktorantura dərəcəsini bitirən 300 azərbaycanlı Vətənə qayıdacaq. Ali təhsil müəssisələri üçün bu müsbət nümunədir. Universitetlərdə tədqiqatlar aparılarsa və bu tədqiqatlar daha nüfuzlu jurnallarda çap olunarsa, tədqiqatlara dövlətin maliyyəsi artar. Əldə edilən elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqatyönümlü universitetə çevrilməsinə zəmin yaradar", -deyə nazir əlavə edib.