Direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
tehsil.media xəbər verir ki, direktorların işə qəbulu dörd mərhələdən ibarət müsabiqə yolu ilə keçirilir.
Həmin mərhələlər elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmədən ibarətdir.