Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - FOTO

Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt Zalında "Heydər Əliyev İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
 
tehsilmedia.info xəbər verir ki, tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt Musiqi Kollecinin nümayəndələri iştirak ediblər. Konsert proqramı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən videoçarxın nümayiş olunması ilə başlayıb. Sonra Sumqayıt Dövlət Universitetinin Klub müdiri Xalidə Quliyevanın ifasında şair Ramiz Duyğunun müəllifi olduğu "Ulu Öndər” şeiri təqdim edilib. Daha sonra Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Rauf Məmmədov kimi bəstəkarların əsərləri və musiqisi, Sevil Əliyevaya məxsus "Ana” mahnısı Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifalarında təqdim olunub. Sumqayıt Musiqi Kollecinin kamera orkestri və xalq çalğı alətləri ansamblının Bədii rəhbərləri Kamran Teymurov, Könül Bəkirova və Şəms Əliyeva, Dirijor Respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilova, Kollecin müəllimləri Aşıq Elçin Rəşid oğlu, Ayşə Əmrahova, Sumqayıt Musiqi Kollecinin və Sumqayıt Dövlət Universitetinin istedadlı tələbələri Rəvan Alməmmədli, Səkinə Qasımova, Kənan Əhmədzadə, Televiziya Muğam Müsabiqəsinin laureatı Sədəf Budaqova Ümummilli Liderimizə həsr olunan mahnı və simfoniya əsərləri ilə bərabər, Vətən, qəhrəmanlıqla bağlı nəğmələr təqdim ediblər.
Sonda Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov və Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva iştirakçıları salamladı və tələbələrin uğurlu çıxışlarını yüksək dəyərləndirdilər. Qeyd etdilər ki, tariximizə qızıl hərflərlə həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Tədbirdə qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam etdiriləcəkdir.
 
TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər