Divarlar çat, tavan və döşəmə isə yararsız vəziyyətdədir. Bura insanların dərdinə dava olacaq məntəqə olsa da, hazırda öz dərdinə dəva ola bilmir.
Söhbət Lənkəranın ucqar kəndlərindən biri olan Havzova kənd tibb məntəqəsinin binasından gedir. Bina 1990-cı ildə tikilərək sakinlərin istifadəsinə verilib. Əvvəllər binada 12 otaq olub. 33 il ərzində baxımsız qalan binada hər şey yararsız hala düşüb. Vətəndaşlar deyir ki, tibb işçiləri rahaqlıqla fəaliyyət göstərə bilmirlər. Bu məntəqədə çalışanlar iki otaqdan istifadə edirlər.
Qəzalı vəziyyətdə olan binaya aidiyyatı qurumların nümayəndələri baxış keçiriblər. Müəyyən aktlar tərtib olunub və bildirilib ki, yeni binanın təmirinə başlanılacaq.
Qeyd edək ki, mətəqədə 7 tibb işçisi çalışır. Bundan əlavə, binada kənd ərazi üzrə nümayəndəli və yerli bələdiyyə də yerləşir.
TƏHSİL MEDİA