AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu həm tarixi biliklərin təbliği, həm də tarixçi-mütəxəssislər, tarix müəllimləri, universitetlərin tarix fakültələrinin tələbələri və tarixsevərlərin kitabxanasının daha da zənginləşdirilməsi məqsədilə institutun son illərdə nəşr etdirdiyi kitabları oxucularına hədiyyə edir.
İnstitutdan "
tehsil.media"a bildirilib ki, hədiyyə ediləcək kitabların adları və miqdarı təqdim edilən siyahıda sıra sayı ilə göstərilib. Kitabları əldə etmək üçün institutun Təchizat və xidmət şöbəsinə 3-7 iyul tarixlərində müraciət edib, siyahı üzrə arzu edilən kitabların sıra sayını (məsələn: 1; 7; 15 və s.) bildirmək lazımdır.
Bu müddət başa çatdıqdan sonra 10-14 iyul tarixlərində qeyd edilən kitablar (hər bir şəxsə siyahıda olan kitablardan ən çoxu beşinin verilməsi nəzərdə tutulur) institutda müvafiq xidmət tərəfindən komplektləşdiriləcəkdir. 17-21 iyul arasında kitabların təqdim olunması təşkil olunacaqdır.
Kitabların əldə edilməsi üçün baş direktorun adına ərizə və ona qoşma kimi şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.
Kitablar aşağıdakı ünvanda veriləcəkdir:
Bakı şəhəri, H.Cavid prospekti 115 (AMEA-nın Əsas binası, VI mərtəbə; koordinator Orxan Zeynalov)
Tel.: (+994 50) 716 58 83