24 iyun sertifikatlaşdırma imtahanlarının son günü idi.Bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirildi. İmtahanlara 8500-dən çox müəllim cəlb olunmuşdu.
tehsil.media xəbər verir ki, bugünkü imtahanda iki müəllim maksimum nəticə (60 bal) əldə edib.
Təhsil İnstitutunun məlumatına görə, 60 bal toplayan Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəminə Zalova və Lalə Şükürovadır.
Fəridə Ağaxanlı