"Yaşı 60-dan çox olan müəllimlərin maaşları artırılsın" - TƏKLİF

"Yaşlı müəllimlərin əməkhaqları qaldırılsın".
tehsilmedia.info xəbər verir ki, bunu ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.
O, yaşı 60-dan çox olan müəllimlərin maaşlarına 20 % əlavə olunmasını təklif edib.
"Təklif edirəm ki, yaşı 60-dan yüksək olan, sertifikasiyaya cəlb edilməyən müəllimlərin əməkhaqlarını nəzakətlə 20 % qaldıraq. Özünü cəmiyyətin inkişafına həsr etmiş, saçlarını ağartmış, əsəb sistemini məhv etmiş insana buda azdır", - ekspert bildirib.



























