"Azərbaycan ordusu Türkiyə ordusu nümunəsində qurulduğu kimi, təhsilimiz də türk təhsili nümunəsində qurulmalıdır".
tehsil.media xəbər verir ki, bu sözləri "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert İlham Əhmədov deyib.
Ekspert bildirib ki, bunun üçün ən azı 100 nəfər türk təhsil meneceri bizim naşılardan ibarət Elm və Təhsil Nazirliyinin heyətinə müşavir kimi dəvət edilməlidir. Daha sonra nazirlikdə olan naşılar təcrübəli yerli təhsil mütəxəssisləri ilə əvəz edilməlidir".
İlham Əhmədov uzun illər ərzində təhsil işçilərinin az məvacib aldıqları üçün ya iki yerdə işləməli olduğunu, ya da repetitorluq etməli olduqlarını bildirib:
"Bu səbəbdən onların öz üzərində işləməyə inkişaf etməyə vaxtı olmayıb. Biz dünya universitetlərinin sürətli inkişafı prosesini izləyə bilməmiş, onların təcrübəsini əxz etməmişik. Təxminən 300 nəfər müşavir də hər universitetə fəaliyyəti üzrə 7-8 nəfər olmaqla, universitetlərə dəvət edilməlidir. Bu halda on ilə təhsilimiz reanimasiya oluna bilər".