Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Təhsil ekspertləri necə işləməlidir?

Mədəniyyət

11-04-2024, 14:41

Təhsil ekspertləri necə işləməlidir?



Təhsil eksperti kimdir?

Təhsil eksperti istər dövlət qurumu, istərsə də hər hansı bir qurumun təhsil sahəsi üzrə lazımi məlumatların statistikasını aparan, təhsil sahəsi üzrə həm təhsilalanların, həm də təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirərək müvafiq analizlər apararaq, təklif və iradlarını bildirən, dövlət qurumları və media ilə mütamadi təhsil məlumatlarını izləyən təhsil adamıdır.

Təhsil eksperti təhsil istiqamətində istər dövlət qurumları, istərsə də müstəqil olaraq fəaliyyət apararaq təhsildə olan əskiklikləri, ümumi çatışmazlıqları, təklif və iradları müəyyənləşdirərək lazimi formada müvafiq qurumlara çatdırmalı, ictimaiyyəti buna hazırlamalı, təhsil istiqamətində yeniliklər əldə etmək üçün səy göstərməlidir.

Təhsil eksperti həm hər hansı bir qurumda, həm də müstəqil fəaliyyət göstərmək qabiliyyətinə malikdir. İşlədiyi qurumda təhsilin ümumi analizini apararaq təhsil sahəsi üzrə müvafiq qərarların çıxarılmasında təsir gücünə malik olmalıdır. Həmçinin tələbata görə işçilərin təhsil səviyyəsini, ümumi pedoqoji razılığı analiz edərək buna uyğun statistik məlumatlar hazırlayaraq lazımi yerlərə təqdim etməlidir.

Müstəqil fəaliyyət göstərən təhsil ekspertləri isə, xüsusilə, cəmiyyətdə gedən təhsilə aid fikir və müzakirələrə öz töhfəsini verməli, təhsilə aid hər hansı bir yenilik olduqda buna öz münasibətini bildirməli, əskikliklər barədə iradlarını ifadə etməlidir. Müstəqil fəaliyyət göstərən təhsil ekspertləri daha çox mətbuat və sosial media ilə işləməli, ümüumtəhsil müəsisələri ilə sıx əlaqədə olmalıdır.Təhsil eksperti cəmiyyətin təhsil ehtiyacını analiz edərək buna müvafiq addımların atılması üçün ictimaiyyəti hazırlayaraq həmin mövzuda müxtəlif platformalarda fikir səsləndirər və həmin ehtiyacları müvafiq qurumlara çatdırılmasına təsir göstərər. Bununla yanaşı təhsil üzrə fəaliyyət göstərən qurumların əskikliklərini təsbit etdikdə onlarla fikir mübadiləsi apararaq həmin əskikliyin aradan qaldırılması istiqamətində fikirlərini ifadə edər, tövsiyələrini çatdırar və həmin əskikliyin aradan qaldırılması üçün səy göstərər. Həmçinin öz bilik və bacarıqlarını, təkliflərini müvafiq orqanlara nümayişkaranə bildirər.

Təhsil eksperti hansı ixtisas sahibi olarsa daha müvəffəq olar?

Təhsil ekspertləri daha çox dövlət və ictimai münasibətlər, təhsildə sosial-psixoloji xidmət, pedoqoji və insan resursları sahələri üzrə ixtisaslaşsalar daha yaxşı olar. Bununla yanaşı texnologiya və kompyuter proqramlarından məlumatlı olmaq, o cümlədən reklam sahəsi üzrə kurs keçməsi də məsləhətdir.

Çünki təhsil ekspertinin bəzi təkliflərini həm dövlət qurumlarına, həm də ictimaiyyətə çatdırmaq üçün həmin məlumatın mətbuatda və sosial media platformalarında təmtəraqla ifadə olunması mütləqdir. Təhsil eksperti öz çıxışları ilə müəyyən bir kütləyə nüfuz etməyi bacarmalıdır.

Təhsil eksperti dövlət qurumları ilə necə işləməlidir?

Təhsil eksperti sahəsinə uyğun dövlət qurumları ilə işləməyi bacarmalıdır. Xüsusilə də ölkəmizdə fəaliyyət göstərən Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Milli Elmlər Akademiyası, Təhsil sahəsi üzrə müvafiq Agentliklər və Özəl təhsil qurumları ilə mütəmadi əlaqədə olmalı, təklif və iradlarını uyğun formada çatdırmalıdır. Dövlət qurumlarında gördüyü əskiklikləri öncə mətbuat və sosial media vasitələri ilə həmin əskikliklərə cəmiyyətin fikir və münasibətini dəqiqləşdirməli, daha sonra buna uyğun təkliflərini dövlət qurumuna təqdim etməlidir.

Dövlət qurumları da müəyyən qanun və yaxud təkliflər təqdim etdikdə təhsil ekspertləri ilə məsləhətləşmələr aparmalıdır. Elm və Təhsil Nazirliyi və bu istiqamətdə fəaliyyət göstərən müvafiq Agentliklərin təklif və iradları ilə bağlı, onların atdığı hər hansı bir addım ilə bağlı cəmiyyəti maraqlandıram məsələlərə aydınlıq gətirməlidir. Cəmiyyətin maraqlı olduğu məsələlərdə xüsusi təklif və rəylərini hazırlayaraq müvafiq dövlət qurumlarına təklif etməlidir.Dövlət İdarələrinin təhsil müəsisələri ilə bağlı müasir inkişaf elementlərinə öz töhfəsini verməlidir. İnkişaf etmiş ölkələrin təhsil uğurlarını araşdıraraq nazirliyə və müvafiq təhsil qurumlarılna təkliflər paketi halında tıqdim etməlidir. Nazirlik və digər təhsil qurumları da təhsilə aid təkliflərini təhsil ekspertləri ilə məsləhətləşərək onların da bu məsələyə olan münasibətini öyrənməli, təklif və iradlarını diqqətə almalıdır.

Təhsil ekspertlərinin təhsilin inkişafına dəstəyi

Təhsil ekspertləri təhsilin hər hansı bir sahəsi üzrə müəyyən bir inkişaf gördükdə bunu təqdir etməli, cəmiyyəti bu istiqamətə istiqamətləndirməyə çalışmalıdır. Təhsil sahəsində təhsil işçiləri tərəfindən atılan xoş bir addımlar mütləq ictimailəşdirilməli, bu təbliğat digərlərinin diqqətini çəkməlidir. Təhsil eksperti bu kimi xoş addımları elə bir formada ictimaiyyətə təqdim etməlidir ki, cəmiyyət gözəl addımları hər zaman diqqətdə saxlasın və buna meyil etsin. Hər hansı bir təhsil müəsisəsinin uğurları təqdir edilməli digərlərinə nümunə kimi önə çıxarılmalıdır. .

Orta ümumtəhsil müəsisələrində və ali təhsil müəsisələrində təhsil alanların beynəlxalq olimpiada və yarışlardakı nailiyyətləri mütəmadi dilləndirilməli, digər təhsilalanların diqqət və marağı bu istiqamətə çəkilməlidir. Həmçinin, təhsil müəsisəsində fəaliyyət göstərən təhsilverənlər ilə görüşlər keçirilməli, onların problemləri, sosial vəziyyəti dinlənməlidir. Problemlər kütləvilik təşkil edirsə, lazımı qurumlara çatdırılmalıdır. Hımçinin uğurları təqdir olunmalıdır. Dövlət qurumlarında hazırlanan təhsilə aid layihələr dəstəklənməli və bu istiqamətdə iştirakçıların cəlb olunması vurğulanmalıdır.

Təhsildəki neqativ hallara olan münasibət

Təhsil eksperti təhsildə olan gözəl təşəbbüslərə müsbət münasibət göstərməklə yanaşı neqativ hallara da sərt və tənqidedici münasibət göstərməlidir. Bildiyimiz kimi təhsil haqqında qanuna uyğun olaraq təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri vardır. Bu hüquq və vəzifələr icra edilmədikdə və buna əks olaraq neqativ hallara rast gəlindikdə qanunauyğun yanaşma tərzi ilə məsələyə münasibət göstərilməlidir. Məsələn hər hansı bir rüşvət hadisəsi, təhsilalanların və təhsilverənlərin fiziki təzyiqə məruz qalması və s kimi hallarda təhsil eksperti öz mövqeyini ortaya qoymalı cəmiyyətdəki bu neqativ halları tənqid etməlidir.

Təhsil eksperti və media

Təhsil eksperti mətbuat və sosial media resursları ilə sıx əməkdaşlıq etməlidir. Təhsildə baş verən hər hansı bir hadisə ilə bağlı sosial media hesablarında və mətbuatda buna müvafiq fikir bildirməlidir. Təhsil ekspertinin media ilə lazımi məlumatları ictimaiyyətə çatdıra bilmək imkanının olması ilə yanaşı, mətbuat vasitəsi ilə ictimaiyyəti yönləndirmək imkanı da əldə edə bilər. Məsələn qəbul imtahanında olan hər hansı bir sualın səhv olması kimi bir əskiklik olduqda təhsil eksperti mətbuat vasitəsi ilə ictimaiyyətin də dəstəyini alaraq həmin sualın iştirakçıların lehinə hesablanmasına təsir göstərməlidir.

Təhsil sahəsi üzrə olan dəyişikliklər mətbuatda təqdim edildikdə təhsil ekspertləri buna müvafiq mətbuatda yazılar dərc edilməli, mövqeyini bildirməlidir. Təhsil sahəsi üzrə mətbuatın da təhsil ekspertləri ilə sıx əməıkdaşlığı vacibdir. Bəzən mətbuatda və xüsusilə də, sosial mediada təhsildə baş verən hər hansı bir neqativ hal günlərlə müzakirə olunaraq bəzilərinin də diqqətini çəkir. Məsələn şagirdlər arasında baş verən qeyri-etik davranışlar mətbuatda mütəmadi yayımlandıqda həmin şagirdlər ölkə ictimaiyyəti tərəfindən tanınmış hesab olunur və bu da digər şagirdlərin də “tanınmaq” istəyini meydana çıxara bilərək onabənzər halların təkrarlanmasına səbəb olur

Bəzi yaramazlığa meyilli şagirdlərin də eyni addımı təkrarlamaq isyəyi formalaşmaması üçün mətbuat təhsil ekspertləri ilə birlikdə bu məsələni tənqid obyektinə çevirməli və bu kimi halların cəmiyyətin də pisləməsi üçün zəmin hazırlamalıdır ki, buna meyilli şagirdlərin maraq dairəsi genişlənməsin. Bununla yanaşı təhsil sahəsi üzrə uğurlar, nailiyyətlər də təqdir edilməli və digər təhsilalanların marağını cəlb etməlidir. Bunun üçün də, media təhsil ekspertləri ilə sıx əməkdaşlıq etməlidir.

Təhsil eksperti media ilə işləyərkən bəzi məsələlərə xüsusi diqqət etməli və buna görə ölçülü davranmalıdır. İfadə etdiyi fikirlər və tənqidlər təhsil haqqında qanuna uyğun olmalı və təhsilin inkişafına hesablanmalıdır.

Təhsil eksperti və parlament

Təhsil eksperti o cümlədən qanunverici orqan olan parlament ilə də sıx əməkdaşlıq etməlidir. Təhsil haqqında qanuna olan dəyişikliklər, düzəlişlər kimi məsələlərdə Milli Məclisə öz təkliflərini təqdim etməlidir. Xususilə də, Məclisin Elm və Təhsil Komitəsi, Elm və Təhsil Məsələləri Komissiyası ilə mütəmadi əlaqədə olmalı, təhsil haqqında qanun və dəyişikliklərdə öz töhfəsini verməlidir.

Milli Məclisin komitə və komissiyaları da qanun təkliflərində təhsil ekspertlərinin təkliflərini dəyərləndirməli, təklif və görüşlərini diqqətə almalıdır. Qanun təklifləri Milli Məclisə təqdim edilmədən öncə təhsil ekspertləri ilə bu məsələlər üzrə görüş keçirilməlidir. Çünki təhsil eksperti xalqın təhsil tərəzisinin bir güzgüsüdür. Cəmiyyətin inkişafında təhsilin nə qədər payı varsa, təhsilin də inkişafında təhsil üzrə ekspertlərin o qədər payı var.

Hətta təhsil eksperti cəmiyyətdə və təhsildə gördüyü neqativ halları, təhsilin inkişafı və müasir təhsilə aid xarici təcrübələri Milli Məclisin müvafiq komissiyalarına təklif etməlidir. Həmçinin qanunda olan dövrə uyğun əskikliklər və çatışmazlıqlar, o cümlədən, inkişaf resursları rəy və təkliflər formasında hazırlanaraq Milli Məclisin komitə və komissiyalarına təqdim edilməlidir. Yaxşı olardı ki, təhsil eksperti Milli Məclisin müvafiq komissiyalarına təqdim etdiyi təklifləri öncə elm adamları, ictimaiyyət və təhsil işçiləri ilə müzakirə etsin. Daha sonra həmin təklif mətbuta və sosial media resurslarında cəmiyyətin müzakirəsinə buraxılsın.

Müzakirə edildikdən sonra onların da fikir və düşüncələri təhsil eskpertinin təklif paketinə əlavə olunaraq komissiyalara təqdim edilsin. Çox yaxşı olardı ki, mövzu ilə bağlı statistik rəqəmlər də hazırlanaraq daha dolğun bir şəkildə Milli Məclisin müvafiq komissiyalarına təqdim olunsun.



İxtisas seçimi və karyera üzrə mütəxəssis,

Təhsil üzrə ekspert Ramin Nurəliyev

Oxunub: 353
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

28-11-2023, 13:01

“Özünü təhsil eksperti adlandıran şəxslərin təcrübəsi araşdırılmalıdır”

Elm və təhsil

16-11-2023, 11:10

Məleykə Abbaszadə SIGMA proqramının eksperti ilə görüşüb - FOTO

Elm və təhsil

29-11-2023, 12:09

İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"

Elm və təhsil

5-04-2024, 09:59

“Ali məktəblərdə verilən praktiki biliklər tələbələri qane etmir”

Məktəblər

2-08-2023, 13:57

Effektiv təklif: “Dərsliklərin monitorinqi” adlı təşkilat yaradılsın ! ”

Araşdırma
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Elm və Təhsil
Bugün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Bugün, 13:29
I sinfə elektron qəbul davam edir
Bugün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bugün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Hadisə
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Bugün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Bugün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Bugün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Bugün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • Dün, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • Dün, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • Dün, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • Dün, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • Dün, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • Dün, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:48
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə