Xəbər lentiwidget-title-icon

Elm və təhsil jurnalistikasında ixtisaslaşmaq istəyən tələbələrin nəzərinə
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb
Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə “vida reportajı”
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
“Peşə Təmayüllü Siniflərin Əl İşləri Sərgisi” keçirilib
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Prezidentdən Müstəqillik Günü ilə bağlı PAYLAŞIM
“Biz məktəbdə qadağan etdik, harada edirlər özləri bilsinlər...”
TKTA qiymətləndirmədən uğurla keçən 13 nəfərə peşə sənədi təqdim edib
Yeniyetmələrimiz Avropa çempionatında 5 medal qazandılar
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Təhsilimiz Bağırovlardan qurtula bilmir - Təəssüf ki...
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir
MİNGEÇEVİR TƏHSİLİNDƏ NƏLƏR BAŞ VERİR? – Direktorun cədvəl oyunu və müavinə qarşı "sosial media terroru...
Coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib
Müəllimlər bayramda nə qədər pul mükafatı alacaq? - məbləğlər AÇIQLANDI
Sertifikasiyadan müəllimlər üçün sınaq imtahanı keçiriləcək
Elm və mədəniyyət xadimlərinə Dövlət Mükafatı verilib Elm və mədəniyyət xadimlərinə Dövlət Mükafatı verilib
TİF-in keçirdiyi müsabiqənin qalibləri açıqlandı
Qarabağ Universitetində mədəniyyət gecəsi keçirilib
SABAH doktorantlarına ikiqat təqaüd veriləcək
Doktoranturada yenilik: SABAH proqramı tətbiq ediləcək
"BilBacar"ın finalçıları ELAN olunub
Nazir iyunda vətəndaşları qəbul edəcək - SİYAHI

Cabbarın ifası, Rəsulzadənin unudulan “gəlin öyüdü” - Cümhuriyyət tələbələri ilə “vida reportajı”

AzEdu.az Azərbaycan Cümhuriyyətinin 108 illiyi münasibətilə silsilə yazılarına davam edir.

Portalın prinsiplərinə sadiq qalaraq, Cümhuriyyətlə yanaşı, onun təhsilinə də toxunmağı vacib bilirik.

Onu da bilirik ki, AXC hökumətinin təhsil sahəsində gördüyü ən vacib işlərdən biri xaricə göndərdiyi yüz tələbədir.

Doğrudur, təəssüflər ki, məlum səbəblərdən bu tələbələr öz ölkələrinə faydalı ola bilmədilər. Çünki onların oxumağa getməsindən bir neçə ay sonra bolşeviklər ölkəni istila etdilər. Həmin tələbələrin də durumu həddindən artıq pisləşdi. Maliyyə mənbələri kəsildi, qürbətdə yaşamaq ağır oldu. Buna baxmayaraq, əksəriyyəti min bir zülmlə təhsillərini başa vursalar da, sonra öz ölkələrinə xeyir verə bilmədilər.

Bizim isə danışacağımız tarix həmin tələbələrin ölkədən yola salınması ilə bağlıdır. O zaman Azərbaycan Cümhuriyyəti hələ bərqərar idi və böyük ümidlərlə yaşayırdı. 100 tələbəni də Balaxanı vağzalından bu ümidlərlə yola salırdılar:

O gün Rusiya və Avropa ali məktəblərində müxtəlif ixtisaslar üzrə oxumağa 100 nəfər azərbaycanlı tələbə göndərilirdi: 17 nəfər Rusiyaya, 3 nəfər İngiltərəyə, 11 nəfər Almaniyaya, 1 nəfər İtaliyaya, 13 nəfər Fransaya, 4 nəfər Türkiyəyə və 50 nəfər İsveçrəyə. Gənclərdən biri Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən və onun əvəzinə orta təhsilli bir gənc tapılmadığından 99 nəfər göndərildi. 1920-ci ilin yanvar ayında, tələbələr xarici ölkələrə yola düşürdülər. Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam: qohum-əqraba, yoldaşlar və tanışlar, elm-mədəniyyət xadimləri, ədiblər, şairlər, müxtəlif partiyaların nümayəndələri gəlmişdi. Onlar vağzalın böyük salonunda toplaşmışdılar.

Manaf Süleymanov həmin hadisənin şahidlərindən eşitdiyini özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”də bu cür əks etdirir:

“Balaxanı məktəbinin müəllimi Seyidbağır Axundzadə ayağa durub dedi: “Cavanlar, siz xaricə oxumağa yüz nəfər yollanacaqdız, çox təəssüf ki, yoldaşınız Miryusif Mir Abdullazadə həyata vida etdi... Azərbaycan fəal bir tələbəsini itirdi. O, Şamaxı qəzasının Lahıc qəsəbəsində doğulmuşdu. Şuşa orta məktəbini qurtarmışdı. İnqilab ərəfəsində, Şuşada kommunistlər firqəsinə daxil olub-çalışmışdı.

Ötən 1919-cu ilin yayında Bakıya gəlib, müəllimlər kursunu qurtardı. Balaxanı zükür məktəbində müəllimliyə başladı. Vəzifəyə son dərəcə diqqətlə yanaşırdı, Məktəbin dörd şöbəsini öhdəsinə alıb gündə fəhlə balaları ilə 5-6 saat çalışırdı. Artıq vaxtını fəhlələrə qəzet-jurnal oxumaqla keçirirdi. Bakıya qayıdanda azarlayıb xəstəxanada yatırdı. Üç gün orda qalandan sonra vəfat etdi. Yoldaşlarını yalnız buraxıb, əbədi getdi. Əziz Miryusif yoldaş, sənin müqəddəs fikirlərin, arzuların uğrunda yoldaşların çarpışacaqlar. Sən vaxtsız vəfat etdin. Allah sənə rəhmət eləsin, - tələbələrə müraciətlə əlavə etdi, - Allah sizə də yar olsun, Vətən övladları”.

Səmədağa Ağamalıoğlu qalxdı. Hamı ayağa durdu. Miryusifin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Səmədağa Ağamalıoğlu ilə bərabər İbrahim Əbilov, Əhməd Pepinov və başqaları da məclisdə iştirak edib tələbələrə nəsihət, məsləhət verdilər”.

Həmin məclisdə o zaman bütün Qafqazda məşhur olan ən güclü muğam üçlüyü də var idi; Tarzən Qurban Pirimov, kamança çalan Oqonozaşvili, bir də təbii ki, xanəndə Cabbar Qaryağdıoğlu”¦.

Böyük salon musiqi təranələrinə, Cabbarın ecazkar, əfsanəvi ahənginə darısqallıq edirdi. Ədəbiyyatşünas Salman Mümtaz qürbətə gedənlərin şərəfinə çay-şirniyyat, meyvə süfrəsi açdı. Səmədağa Ağamalıoğlu gedənlərə nəsihət etdi, bol-bol elm, mədəniyyət, texniki fənn ləvazimatı gətirməyi tapşırdı. Nitqlər söyləndi, xoş arzular diləndi. Qurban Pirimov tar, Saşa Oqonozaşvili kamança çalır, Cabbar Qaryağdıoğlu vaxtaşırı oxuyurdu. Məclisdə çox xoş bir əhvali-ruhiyyə vardı. Lakin dünyanın bu qarmaqarışıq vaxtında Vətəndən, qohum-əqrəba və dostlardan ayrılmaq, övladı uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdə oxunurdu.

Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi. Həyəcan daha da artdı, gedənlər də, qalanlar da üzüntülü dəqiqələr keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər eşidilirdi: “Tezliklə məktub yaz!”, Özündən muğayat ol!”, “Dərslərində diqqətli ol!”, “Qürbət eldə xoş rəftar ol!”, “Həftədə çox yox, heç olmasa bir sətir yaz!”.

Tarzən birdən “Orta Mahur” çalmağa başladı, gözəl xanəndənin ilhamı coşqun dəniz təki təlatümə gəldi.

Şəbi hicran yanar canım,

Tökər qan çeşmi kiryanım...

Oyadar xəlqi əfqanım,

Qara bəxtim oyanmazmı...

Hamı ayağa qalxdı... Tələbələr, qohum-əqraba, valideynlərilə vidalaşıb vaqonlara doluşdular. Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı. Pəncərələrdən yaylıqlar göyərçin qanadları təki yellənirdi. Göz yaşları ilə əzizlərini yad diyarlara yola salanlar da əlləri ilə, yellədikləri yaylıqlarla vida salamı göndərir, onlara uğurlu yol diləyirdilər.

Haşiyə - yaxud, onların buraxdıqları səhv

Cümhuriyyət dövrünü araşdıran alim Ədalət Tahirzadə Cümhuriyyət tələbələrindən bəhs edən kitabında Almaniyaya göndərilənlər haqqında bir neçə maraqlı faktı qeyd edib:

“AXC hökumətinin xaricdə təhsil almağa göndərdiyi 100 tələbənin böyük əksəriyyəti- 64 nəfəri Almaniyada təhsil aldı. Məhəmməd Əmin Rəsulzadə onları Sabunçu vağzalından yola salarkən demişdi ki, bura əcnəbi gəlinlərlə dönməyin. Amma onların demək olar ki, hamısı alman qızları ilə ailə həyatı qurdular. 1937-ci ilin istintaq materialları ilə tanış olarkən gördüm ki, ölkədəkilər, daha doğrusu, sovetin idarəçiliyi altında təhsil alanlar məharətlə istintaqçıların suallarından yayınsalar, yalan danışmağı bacarsalar da, xüsusən, Almaniyada təhsil alıb qayıdanlar bunu edə bilməyiblər. Onlar dürüst olublar, verilən sualları olduğu kimi cavablandırıblar. Yəqin ki, bu alman mühiti ilə bağlı olub. Məsələn, sovet quruluşunda oxuyana sual verirdilər ki, sən filan partiyanın üzvü olmusan, and içirdi ki, yox. Amma təbii ki, ora ilə əlaqələri olub. Lakin Almaniyada oxuyanlarda bu cəhət yox idi. Onlar ancaq doğruu deyirdilər. Elə “Bakı rüzgarı” kitabında da bunu aydın görmək olar. İsmayıl Saryal o kitabı yazarkən ailəli idi. Amma vaxtıkən yaşadığı sevgiləri açıq-aydın kitabda yazıb”.

Oxşar xəbərlər

Bütün xəbərlər