Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Xanımlaşan məktəblər - kişiləri təhsilə necə qaytarmalı?

Elm və təhsil

19-03-2025, 12:08

Xanımlaşan məktəblər - kişiləri təhsilə necə qaytarmalı?


Məktəblər xanımların əlindədir…

Məktəblərdə kişi müəllimlərin azlığı təhsil sistemində müzakirə olunan və bəzən də problem kimi təqdim olunan məsələlərdəndir. Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən təhsilverənlərin əksər hissəsini qadınlar təşkil edir. Direktor vəzifəsində çalışan qadınların da sayı az deyil.

Statistik məlumatlara əsasən, ölkə üzrə məktəblərdə 174 min 656 müəllim çalışır. Onlardan 144 min 41 nəfəri qadın, 30 min 615 nəfəri isə kişidir. Bu da o deməkdir ki, məktəblərdə çalışan müəllimlərin təxminən 18 faizi (17.5 %) kişilər, 82 (82,5 %) qadınlardır. Məsələnın ciddiliyi aidiyyati rəsmi qurumların da diqqətindən yayınmayıb.

Kişiləri məktəblərə necə qaytaraq…Elm və təhsil naziri Emin Əmrullayev təhsildə qadınların çoxluğunu gələcəkdə problemlərə səbəb olacağını bildirib. O, mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayınının artırılması vacibliyini vurğulayıb: "Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik. Hesab edirəm ki, bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac var. Təhsildə qadınların çox olması, kişilərin sayca azlıq təşkil etməsi gələcəkdə problemlərə səbəb olacaq".

Araşdırmalar göstərir ki, məktəblərdə kişi müəllimlərinin sayı 1992-ci ildən azalmağa başlayıb. O dövrdə ölkədə yaranan böhranlı vəziyyət kişi müəllimlərin kütləvi şəkildə məktəbdən uzaqlaşmasına səbəb olub. Düzdür, sovet dönəmində də məktəblərdə kişi müəllimlərin sayı çox deyildi. Ancaq onların sayı indiki qədər da azlıq təşkil etmirdi.

Bəs, kişiləri təhsil mühitindən, orta təhsil müəssisələrindən uzaq salan səbəblər hansılardır? Niyə onlar müəllim olmaq, təhsilə öz töhfələrini vermək istəmirlər?

Müəllimlik peşəsi ölkədə aşağı əmək haqqı və sosial statusla əlaqələndirilir. Ancaq kifayət qədər yüksək maaş alan müəllimiz də az deyil. Ancaq kişiləri, xüsusilə ailə məsuliyyətləri olanları, daha yüksək gəlirli peşələrə yönəlirlər, daha çox gəlir gətirən işlərə üstünlük verir, buna görə də müəllimlik peşəsi onlar üçün cəlbedici olmur.

Maddi sıxıntı, bir çox sosial problemlər, məni ruhdan saldı…Keçmiş müəllim Gündüz Quliyev deyir ki, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 10 ilə yaxın ixtisası üzrə müəllim işləyib: "Müəllim peşəsini sevərək seçdim. Çox həvəsli idim və böyük həvəslə də yaxşı müəllim olmaq üçün çalışmağa başladım. Deyirdim, bu əzimkarlıq, həvəs məndə var mən, direktor vəzifəsinədək yüksələcəm. Öz üzərimdə çox çalışırdım. Ancaq maddi sıxıntı, bir çox sosial problemlər, məni ruhdan saldı. Aylıq məvacibim ailəmin dolanışığı üçün yetərli olmadığı üçün sevimli peşəmdən uzaqlaşıb, başqa işlə məşğul olmağa başladım".

Azərbaycanda kişi ibtidai sinif müəllimi yoxdur…Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, hazırda ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır:


"Məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var. Hesab edirəm ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var".Sosioloq Üzeyir Cəfərovun fikrincə, kişilərin müəllimlik peşəsinə o qədər də maraq göstərməməsinin əsas səbəbi əmək haqqının aşağı olmasıdır: "Düzdür, son vaxtlar müəllimlərin əmək haqqısının artırılması istiqamətində müəyyən addımlar atılıb. Ancaq Azərbaycan cəmiyyətində hər bir ailəni kişi saxlayır, evə əsas qazancı kişi gətirir. Müəllim qazancı isə aləni dolandırmaq üçün yetərli olmadığından kişilər müəllimlik peşəsindən uzaqlaşır. Müəllim maaşı ailəni dolandırmağa yetmədiyi üçün onlar bu peşəni atıb daha artıq qazanc üçün başqa işlərdə çalışırlar. Əgər aldıqları məvacib dərs deyənləri qane etsə, zəruri ehtiyaclarını ödəsə, o zaman bu peşəni seçən kişi müəllimlərin sayı da sürətlə artar. Əmək haqqının az olması kişiləri müəllimlik peşəsindən uzaqlaşdıran ən başlıca səbəbdir".

Sosioloq bildirib ki, bu gün hər bir gənc oğlan ona daha çox gəlir gətirəcək ixtisası seçməyə üstünlük verir. Müəllimlik gəlirli sahə olmadığı üçün onlar da digər ixtisasları seçirlər: "Bu gün çox az sayda oğlan gəliri olmayan müəllimlik peşəsini seçir. Seçsə belə, bir neçə ildən sonra maddi problemlərlə üzləşəndə müəllimliyi atır, məcbur qalıb başqa işlə məşğul olmağa başlayır".

Ümumi statistikaya görə, bu gün dünyanın bir sıra ölkələrində müəllim maaşı ümumi orta əməkhaqqı göstəricisindən yüksəkdir.

İqtisadiyyat təhsildən öndə olmalı deyil…

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, dünyanın əksər ölkələrində müəllimlər yüksək əməkhaqqı alır: "Fransanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə aylıq 2200 evro maaş verilir. Almaniyada müəllimlər 6000 evro əmək haqqı alır. Böyük Britaniyada müəllimlərin aylıq maaşı 5, ABŞ-da isə 4-5 min dollar təşkil edir. Finlandiyada müəllimlərin əməkhaqqısı 3900 evro, Yaponiyada 5250 evrodur. Bu ölkədə müəllimlik ən prestijli peşə hesab olunur, ən yüksək maaş müəllimlərə verilir. Avstraliyada isə müəllimlər ayda orta hesabla 2500 dollar maaş alırlar. Həmin ölkələrlə müqayisədə Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlər çox aşağı əməkhaqqı alırlar".

Ş.Əsgərov hesab edir ki, dövlətin güclü inkişafı üçün təhsil ön planda olmalıdır: "Yaponiya, Sinqapur, Finləndiya kimi inkişaf etmiş ölkələrdə təhsil birinci, iqtisadiyyat isə ikinci sıradadır. Azərbaycanda isə iqtisadiyyat ön sırada, təhsil isə ikinci planda yer alır. Fikrimcə, ölkədə təhsilə baxış dəyişməlidir. Müəllimlik peşəsinə lazımi dəyər verilməlidir. Əgər müəllimin əziyyətinə qarşılıq ona maddi və mənəvi haqqı verilərsə, o da canla-başla öz peşəsini layiqincə icra edər".

Stimullaşdırıcı alətlər olmalıdır…Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, tədris prosesində kişilərin azlığı müəllim maaşının aşağı olması ilə əlaqədardır. Kişilər ailə başçısı olduğu üçün əsasən yüksək maaşlı işlərə üstünlük verirlər. Onları müəllimlərə verilən maaş qane etmir. Düzdür, son illər müəllimlərin maaşında Prezidentin sərəncamı ilə artımlar var. Amma ümumən götürdükdə özəl sektorda, bir sıra qurumlarda maaş daha yüksək olduğu üçün kişilərin müəllimliyə marağı nisbətən azalıb: "Müəllimlik peşəsinin cəzbedici olması, bu peşəyə marağın artması üçün stimullaşdırıcı alətlər olmalıdır. Bunların hamısı müəllimlik peşəsinə marağı artırmış olar".

Bəli, bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər. Bu yanaşma birmənalı qəbul edilməsə də faktdır.
Bu gün ölkədə elə məktəblər var ki, orada hərbi hazırlıq və idman dərslərini qadınlar keçir. Bu, düzgündürmü? Hərbi hazırlıq dərslərini məktəblərdə kişi müəllimlər keçməlidir. Şagirdlərin, xüsusilə də oğlanların paralel şəkildə həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha düzgündür. Ailədə uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv ancaq qadınlardan ibarətdir və burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qadın müəllimlərin daha çox olması ən çox da oğlanlar üçün problem yaradır. Təsəvvür edin, bağçadan tutmuş ali məktəbə qədər, 11 il daha çox qadın müəllimləri ilə təmasda olur və bu da istər-istəməz onların psixologiyasına təsiri olur. Qadınlar təmsil olunduğu məktəblərdə yetişən şagirdlərdə qadın xarakteri, qadın tipi formalaşdırır. Bu məqamlara xüsusi diqqət yetirilməlidir.Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrində kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var.
Yaponiyada qadağa- ibtidai sinif şagirdlərinə qadın müəllimlərin dərs keçə bilməz…

Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayı digər təhsil müəssisələri ilə müqayisədə çox azdır. Bunun başlıca səbəblərindən biri də sözügedən müəssisələrində kişi müəllimlərin üstünlük təşkil etməsidir. Buna görə də məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var.
Yaponiyada qadağa- ibtidai sinif şagirdlərinə qadın müəllimlərin dərs keçə bilməz…

Yaponiyada ibtidai sinif şagirdlərinə qadın müəllimlərin dərs keçməsi qadağandır. 5 və 9-cu siniflərdə isə yalnız bədii-estetik və tərbiyə, yəni rəsm, musiqi, texnologiya və.s bu kimi xüsusi qabiliyyət tələb edən fənlərin bir hissəsinə qadın müəllimlərin dərs keçməsinə icazə verilir. Yaponlar hesab edirlər ki, kişi müəllimlərin dərs dediyi şagirdlər daha nizam-intizamlı və hazırlıqlı olurlar.

Birləşmiş Ərəb Əmirliklərində də kişi müəllimlərin sayı qadınlardan çoxdur. Xüsusən riyaziyyat və təbiət elmləri sahələrində kişi müəllimlər üstünlük təşkil edir. Bunun səbəbi daha çox kişi mütəxəssislərin bu sahələrə yönəlməsidir.
Cənubi Koreyada da kişi müəllimlərin sayı nisbətən yüksəkdir. Xüsusilə yüksək məktəblərdə və texniki sahələrdə kişi müəllimlər daha çoxdur. Cənubi Koreyada kişilər təhsildə liderlik mövqelərində də daha çox təmsil olunurlar.
Tailandda da kişi müəllimlər orta məktəblərdə daha çoxdur. Kişilər, xüsusən riyaziyyat, fizika və kimya kimi sahələrdə işləyirlər. Burada həm də cəmiyyətin ənənələri və kişi müəllimlərinin təhsildəki mövqeyi mühüm rol oynayır.

Rusiyada da orta məktəblərdə kişi müəllimlərin sayı nisbətən yüksəkdir. Kişilər daha çox texniki və elmi sahələrdə tədris edir. Məsələn, fizika, riyaziyyat və informatikada kişi müəllimlər üstünlük təşkil edir.

Xanımlar evləndikdən sonra diqqəti təhsilə deyil, ailəyə ayırırlar…Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov hesab edir ki, bir çox dünya ölkələri kimi Azərbaycanda da kişi müəllimlərin sayının çox olmasına çalışmalıyıq. Bunun üçün bütün müvafiq addımlar atılmalıdır. Çünki tədris prosesində kişi müəllimlərin olması şagirdlərin, xüsusilə oğlanların psixoloji cəhətdən formalaşmasına müsbət təsir göstərir.

İ.Orucov qeyd edib ki, kişiləri məktəbə qaytarmağı hər hansı inzibati metodla tənzimləmək mümkün deyil: "Kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasına müəllimlik peşəsinin cəmiyyətdə nüfuzunu artırmaq, bu peşə sahiblərinin sosial müdafiəsini daha da gücləndirməklə nail olmaq olar. Bu problem təkcə orta məktəblərdə deyil. Ali təhsildə, elmdə də kişilərin sayı azdır. Kişi müəllimlərin məktəblərə cəlb edilməsinin müsbət tərəfləri var. Qadın müəllimlər bir müddət sonra ana olaraq işə fasilə verirlər. Elmdən kənarlaşaraq daha çox ailəsinə vaxt ayırırlar. Amma kişi müəllimlərdə bu mənada davamlılıq var. Məktəb idarəçilərinin də arasında kişi müəllimlərin sayı artırılmalıdır. Bu, məktəblərdə şagirdlər arasında neqativ davranışların da sayının azalmasına təsir göstərər".

Ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar…

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, təhsilin səviyyəsi müəllimin cinsindən asılı deyil – bu dəqiqdir. Sadəcə ölkədə müəllimlərin maaşı çox az, onlara yüklənən kənar işlər isə - seçki, siyasi təbliğat və sair həddən artıq çoxdur. “Son 20 ilin qəbul statistikasına baxdıqda görürük ki, ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar. Nəticədə qısır döngə yaranır – ən zəif tələbələr müəllim olur, onlar universiteti bitirir, məktəbə müəllim kimi gedir və daha zəif şagirdlər yetişdirirlər. Bu mənasız “zənciri” qırmaq üçün müəllim peşəsinin həm prestiji, həm də maaşı kəskin artırılmalıdır”.

Ekspertin söylədiyinə görə, MDB məkanında da müəllimlərin orta aylıq əməkhaqqı səviyyəsi üzrə ilk sıralarda deyilik. “Rusiya, Gürcüstan, Belarusiya, Qazaxıstanda müəllimlərin orta maaşının hesablanma qaydaları daha optimaldır. Avropa ölkələri isə bu məsələdə xeyli qabaqdadır. Müəllimlərin yüksək maaş alması təhsilin keyfiyyətinə birbaşa təsir edir. Çünki müəllim əlavə qayğılardan azad olaraq, öz fikrini, düşüncələrini, fəaliyyətini pedaqoji istiqamətə yönləndirəcək. Əgər maaş yüksək olsa müəllimlik peşəsini seçən kişilərin də sayı artacaq. Azərbaycanda müəllimlərin maaşının artırılması üçün kifayət qədər imkanlar var”.

AzEdu.az

Oxunub: 127
Paylaş:
Digər xəbərlər

Müsahibə

22-12-2023, 15:19

Təhsildə gender FƏLAKƏTİ: Kişi müəllimlərinin sayının azlığı hansı problemlərə yol aça bilər? - MARAQLI AÇIQLAMA

Elm və təhsil

16-06-2023, 15:59

Kişi müəllimlərin sayı niyə azdır?

Müsahibə

8-03-2024, 12:03

“Müəllimə ayda 4-5 min maaş verilsə, mələyə-mələyə...” Qalmaqallı açıqlama

Köşə

10-03-2024, 20:15

İranda ibtidai sinif müəllimi 2 aylıq maaşı ilə avtomobil ala bilr. Bəs bizdə ?

Elm və təhsil

23-09-2024, 13:21

Kişi müəllimləri niyə təhsildən uzaqlaşdırılır?!

Araşdırma
Ev pişiklərinin mənşəyi ilə bağlı yeni elmi kəşf açıqlanıb
Ana hüquqları və uşaq təhsili: Bir məhkəmə çəkişməsinin acı gerçəkləri
Eks-deputatdan Emin Əmrullayevlə bağlı şok yazı: milyonlar mehdiyevçilərə niyə verilib?
BAKI DÖVLƏT PEŞƏ TƏDRİS MƏRKƏZİNDƏ “KORRUPSİYA” DAVAM EDİR: RÜŞVƏT, DƏLƏDUZLUQ, CİNAYƏT
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “talançılıq” və hüquqi xaos
MÜƏLLİMİ YAŞA GÖRƏ DƏYƏRLƏNDİRMƏK DÜZGÜN DEYİL
Elm və Təhsil
Bugün, 08:40
Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub
Dün, 21:51
Dəniz Akademiyasının rektoru Qüdrət Qurbanov da Mehdiyevin xas adamı imiş - Xəyanət, talançılıq qumar və nələr...
Dün, 20:58
Xırdalan 1 nömrəli tam orta ümumtəhsil məktəbinin daha bir uğuru
Dün, 15:36
Dövlətə qarşı qurulan xəyanət şəbəkəsinin ifşası davam edəcək
Dün, 15:32
Autizmli və eşitmə məhdudiyyətli uşaqlarla görüş: həm dəstək, həm ümid mesajı
Dün, 15:29
Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!
Hadisə
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
5-11-2025, 17:23
Şəkidə 11-ci sinif şagirdi sinif yoldaşını bıçaqlayıb.
Son xəbərlər
  • Bugün, 08:40
    Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub
  • Dün, 21:51
    Dəniz Akademiyasının rektoru Qüdrət Qurbanov da Mehdiyevin xas adamı imiş - Xəyanət, talançılıq qumar və nələr...
  • Dün, 20:58
    Xırdalan 1 nömrəli tam orta ümumtəhsil məktəbinin daha bir uğuru
  • Dün, 15:36
    Dövlətə qarşı qurulan xəyanət şəbəkəsinin ifşası davam edəcək
  • Dün, 15:32
    Autizmli və eşitmə məhdudiyyətli uşaqlarla görüş: həm dəstək, həm ümid mesajı
  • Dün, 15:29
    Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!
  • Dün, 14:27
    Sumqayıt 23 nömrəli məktəbdə valideyn iclası keçirildi
  • Dün, 14:24
    Könüllülərin intellektual yarışı keçiriləcək
  • Dün, 12:45
    Masazır 3 saylı tam orta məktəbdə qarşılanma sürprizi
  • Dün, 12:37
    ARTİ - də tədbir
  • Dün, 12:31
    Emin Əmrullayev yeni olimpiadanın anonsunu VERDİ
  • Dün, 12:29
    Elm və təhsil komitəsinin sədrindən 8 saatlıq iş rejimi ilə bağlı AÇIQLAMA: "Müəllim buna narazı ola bilməz"
  • Dün, 11:24
    BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüş keçirilib
  • Dün, 11:23
    BSU-nun rektoru Trakya Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda çıxış edib
  • Dün, 11:22
    Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Türkiyədə təcrübə proqramında iştirak ediblər
  • Dün, 11:21
    Bağça müəllimlərinin sertifikasiyası: Çoxu zəif nəticə göstərəcək - PROQNOZ
  • Dün, 11:20
    ADNSU sənaye tərəfdaşları ilə tələbələrin bacarıqlarını artırır
  • Dün, 11:19
    15 şagird inklüziv təhsilə cəlb olunub
  • Dün, 11:19
    Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib
  • Dün, 08:18
    Ramiz Mehdiyevin AMEA-dakı uzantısı
  • Dün, 08:13
    Övladlarımızı necə qoruyaq?
  • Dün, 08:10
    Hansı rayonlara qar yağacaq?
  • 3-12-2025, 22:37
    Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis
  • 3-12-2025, 18:14
    Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
  • 3-12-2025, 18:13
    Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
  • 3-12-2025, 18:12
    İlham Əliyev Fərman imzaladı
  • 3-12-2025, 18:11
    Fransada təhsil büdcəsi ictimai narazılıq yaradıb
  • 3-12-2025, 18:11
    PMS imtahanının II mərhələsi üzrə qeydiyyat davam edir
  • 3-12-2025, 15:07
    Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli
  • 3-12-2025, 14:27
    Beynəlxalq İngilis dili olimpiadasında iştirak edən şagirdimiz dən yeni bir uğur
  • 3-12-2025, 14:23
    Yeni “Təhsil Qanunu”na ehtiyac var!
  • 3-12-2025, 14:22
    ADA Universitetinə SAT nəticələri ilə qəbul tələbləri açıqlanıb
  • 3-12-2025, 14:21
    Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq
  • 3-12-2025, 14:20
    Emin Əmrullayev ona irad bildirilən şərhlərə belə reaksiya VERDİ
  • 3-12-2025, 14:20
    Ankara Universitetinin alimləri AzMİU-da seminar keçirlər
Daha çox
3-12-2025, 12:22
Nazirin görünməyən keçmişi : təsadüf, yoxsa sistemli plan?
2-12-2025, 12:09
Sistemdə Dəyişən Adlar, Dəyişməyən Yük: Müəllimlər Niyə Hələ də Çətinlikdədir?
Dün, 12:45
Masazır 3 saylı tam orta məktəbdə qarşılanma sürprizi
Dün, 15:29
Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!
30-11-2025, 13:53
Uğurlu təhsil evdən başlayır
29-11-2025, 09:51
Məktəblərimizdə direktor problemi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə