Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bakı Slavyan Universitetini BAZARA ÇEVİRİBLƏR - Buralar düzələn deyil...

Elm və təhsil

Dün, 08:29



Bakı Slavyan Universitetində (BSU) gərginlik səngimək bilmir. Universitet daxilindən redaksiyamıza daxil olan məlumatlar göstərir ki, Anar Nağıyevin rektor təyin olunmasından sonra ali təhsil ocağında sağlam akademik mühit deyil, daxili çəkişmələr, idarəetmə xaosu və dərin narazılıq hökm sürür. Adının çəkilməsini istəməyən əməkdaşların sözlərinə görə, son aylarda universitetdə peşəkar idarəçilik prinsipləri arxa plana keçib, qərarlar isə sistemli strategiyaya deyil, şəxsi münasibətlər və qapalı çevrə maraqlarına əsaslanır. Bu isə birbaşa olaraq universitetin nüfuzuna və gələcəyinə zərbə vurur.
Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir- adlı sərlövhəli məqaləmizdə ali təhsil müəssisəsinin akkreditasiya prosesi ətrafında yaranmış suallar və mümkün uyğunsuzluqlar gündəmə gətirilmişdi.Məlumata əsasən, BSU-nun akkreditasiyadan keçə bilməməsinin əsas səbəbi kimi rektorun yanlış idarəetmə qərarları və səriştəsiz komandasının fəaliyyəti göstərilir. Bildirilir ki, yoxlama komissiyası tərəfindən kifayət qədər ciddi nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün universitetə vaxt verilib.
Mediatv.az xəbər verir ki,bu fakt özü-özlüyündə ali təhsil müəssisəsi üçün ciddi siqnaldır. Çünki akkreditasiyadan keçə bilməmək təkcə texniki çatışmazlıq deyil – bu, idarəetmə, elmi fəaliyyət, kadr siyasəti və strateji planlaşdırma sahəsində sistemli problemlərin göstəricisidir. Əməkdaşların iddiasına görə, problemlərin kökündə peşəkar akademik idarəetmə modelinin sıradan çıxarılması dayanır. Təcrübəli və nüfuzlu müəllim heyətinin qərarvermə prosesindən kənarlaşdırılması isə vəziyyəti daha da ağırlaşdırıb.
Mənbələrin bildirdiyinə görə, rektorun şəxsi istəyi ilə universitetdə fəaliyyət göstərən bir sıra dil və mədəniyyət mərkəzləri də bağlanıb. Halbuki, BSU-nun əsas missiyası məhz slavyan dilləri və mədəniyyətlərinin tədrisi və təşviqi ilə bağlıdır. Bu mərkəzlərin fəaliyyəti universitetin beynəlxalq imicinin və elmi əlaqələrinin formalaşmasında mühüm rol oynayırdı. Digər tərəfdən, uzun illər bu ali təhsil ocağında çalışmış təcrübəli professor-müəllim heyətinin “sındırılması”, qərarvermə prosesindən kənarlaşdırılması və mənəvi təzyiqlərə məruz qalması ilə bağlı da iddialar səslənir. İddialara görə, rektor təcrübəli kadrları dəstəkləmək əvəzinə, onları sistemdən uzaqlaşdırmağa üstünlük verir.
“Katiblik modeli”: Səlahiyyət, amma məsuliyyət varmı?
Ən çox narazılıq doğuran məsələlərdən biri isə universitetə aid olmayan formada yaradıldığı iddia edilən Rektorun Katibliyidir. Bildirilir ki, bu strukturun rəhbərliyinə rektorun katibəsi təyin olunub və ona geniş, faktiki olaraq limitsiz səlahiyyətlər verilib. Lakin sual yaranır:bu səlahiyyətlərin hüquqi əsası nədir? Onların icrası hansı normativ aktlarla tənzimlənir? Universitet daxilində şəffaflıq və hesabatlılıq mexanizmi mövcuddurmu?
Əgər ali təhsil müəssisəsində qərarların böyük hissəsi akademik şuralardan deyil, qeyri-formal strukturlardan çıxırsa, bu artıq dərin böhran əlamətidir. Kollektiv üzvlərinin iddiasına görə, rektor təhsil və elmi problemlərin həlli ilə məşğul olmaq əvəzinə daha çox şəxsi imici və zahiri görüntüsü ilə gündəmə gəlir. Halbuki, universitet bu gün elmi göstəricilər, beynəlxalq reytinqlər, keyfiyyət təminatı mexanizmləri və tələbə məmnuniyyəti kimi fundamental məsələlərdə ciddi çağırışlarla üz-üzədir.
Professor-müəllim heyəti isə faktiki olaraq diplomu və akademik təcrübəsi sual doğuran şəxslərdən ibarət “komandanın” ümidinə buraxılıb. Bu komandanın daha yüksək maaş alması isə kollektiv daxilində sosial ədalət prinsipinin pozulduğu barədə iddiaları gücləndirir. BSU-nun qocaman və nüfuzlu kollektivi hesab edir ki, universitetin son illərdə bu qədər dəyərdən düşməsi təsadüfi deyil. Bu, konkret idarəçilik xəttinin və yanlış kadr siyasətinin nəticəsidir.Ali təhsil müəssisəsi şəxsi ambisiyaların deyil, elmin, akademik azadlığın və peşəkar idarəçiliyin məkanı olmalıdır.
Bakı Slavyan Universiteti-də 1,8 milyonluq təmir: Pullar hara xərclənib?
Ötən il Bakı Slavyan Universitetinin təmir-bərpa işləri üçün 1,8 milyon manat vəsait ayrıldığı bildirilir. Lakin universitet binasında real vəziyyət bu rəqəmlə uzlaşmır.Daxil olmuş məlumatlara görə, təmir işləri yalnız iki mərtəbədə natamam şəkildə aparılıb, digər sahələr isə ya ümumiyyətlə toxunulmaz qalıb, ya da kosmetik dəyişikliklərlə kifayətlənilib. Bu halda əsas sual açıq qalır, 1,8 milyon manatlıq büdcə hansı istiqamətlər üzrə və hansı müqavilələr əsasında xərclənib,şəffaflıq varmı? Ekspertlərin hesablamalarına görə, 1,8 milyon manatlıq vəsaitlə universitet tipli binada əsaslı təmir işləri geniş miqyasda aparıla bilər. Əgər nəticədə cəmi iki mərtəbə də natamam vəziyyətdədirsə, o zaman veriləsi suallar çoxalır. Bu suallarla bağlı universitet rəhbərliyinin və aidiyyəti qurumların rəsmi mövqeyi məsələyə aydınlıq gətirə bilər. Dövlət vəsaiti – ictimai etimad deməkdir. Bu etimad isə yalnız şəffaflıqla qorunur.

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

Ali təhsil

3-11-2023, 14:52

BSU rektoru və bir qrup əməkdaşı “Birgə və Sağlam” İctimai Birliyinin “Autizm Mərkəzi”ndə - FOTOLAR

Ali təhsil

4-05-2023, 23:39

BSU-da beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib - FOTOLAR

Elm və təhsil

3-06-2023, 21:57

BSU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO

Ali təhsil

1-09-2023, 13:30

104 yaşlı Bakı Dövlət Universiteti

Elm və təhsil / Şikayətlər

16-02-2026, 13:24

ADU ilə bağlı suallar metastaz verir -rəsmi qurum niyə tələsik izahat verdi?

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 15:09
Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
Dün, 15:08
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
Dün, 15:08
Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
Dün, 15:07
Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
Dün, 15:07
Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
Dün, 15:06
Azərbaycan Universitetinin MBA məzununun UĞURU
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 15:09
    Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
  • Dün, 15:08
    88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
  • Dün, 15:08
    Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
  • Dün, 15:07
    Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 15:07
    Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
  • Dün, 15:06
    Azərbaycan Universitetinin MBA məzununun UĞURU
  • Dün, 15:05
    DİM-də elmi-metodik seminarlar keçirilib
  • Dün, 15:05
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • Dün, 08:34
    Azərbaycanda tələbə direktor təyin edildi - ƏMR
  • Dün, 08:32
    İmişlidə şagirdi döyən məktəb direktoruna saxtakarlığa görə cinayət işi açılıb - TƏFƏRRÜAT
  • Dün, 08:29
    Valideyn, müəllim və qorxu arasında qalan təhsil sistemi - NƏ ETMƏLİ?
  • Dün, 08:29
    Bakı Slavyan Universitetini BAZARA ÇEVİRİBLƏR - Buralar düzələn deyil...
  • Dün, 08:27
    Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş
  • Dün, 08:22
    Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü
  • 19-02-2026, 13:13
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 19-02-2026, 13:12
    Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
  • 19-02-2026, 13:11
    Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
  • 19-02-2026, 08:18
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • 19-02-2026, 08:17
    İdman məktəbinin vergi borcu üzə çıxdı - FOTOFAKT
  • 19-02-2026, 08:15
    Mingəçevirdə şagird pəncərədən yıxılıb? - AÇIQLAMA
  • 19-02-2026, 08:14
    Mingəçevir məktəbində kiçikmiqyaslı yanğın olub
  • 19-02-2026, 08:13
    İnşaat Kollecinə yeni direktor təyin olunub
  • 19-02-2026, 08:13
    Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb
  • 19-02-2026, 08:12
    Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb
  • 19-02-2026, 08:11
    Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir
  • 19-02-2026, 01:11
    ETN 3.8 milyon vəsaiti nəyə xərcləyir.???
  • 18-02-2026, 22:56
    STEAM'ool olimpiadasına qeydiyyat BAŞLADI
  • 18-02-2026, 22:54
    Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub
  • 18-02-2026, 22:54
    68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - RƏSMİ
  • 18-02-2026, 14:46
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 18-02-2026, 14:14
    Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı
  • 18-02-2026, 14:13
    Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq
  • 18-02-2026, 14:12
    Orfoepiya lüğəti il sonunadək hazırlanacaq
  • 18-02-2026, 14:11
    Uşaqlarımız sosial şəbələrdə gündə 5 saat vaxt keçirir - ŞOK RƏQƏMLƏR
  • 18-02-2026, 12:18
    Bu gündən ali məktəblərə qeydiyyat BAŞLAYIR
Daha çox
16-02-2026, 13:47
Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
18-02-2026, 14:46
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
15-02-2026, 23:11
ADAU-dan şikayət var!
16-02-2026, 13:24
ADU ilə bağlı suallar metastaz verir -rəsmi qurum niyə tələsik izahat verdi?
17-02-2026, 13:01
Məktəblərdə son zamanlar nələr baş verir?
15-02-2026, 23:34
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə