Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI

Elm və təhsil

Dün, 15:09



Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
Ötən günlərdə Yazıçı Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının və dilinin təbliği sahəsində maliyyə çatışmazlığından narahatlığını ifadə edib. Bu məsələ yalnız maddi resurslarla bağlı deyil, həm də ədəbiyyatın beynəlxalq səviyyədə sistemli şəkildə tanıdılması və peşəkar tərcüməçi institutlarının formalaşdırılması zərurətini gündəmə gətirir.

Azərbaycanda milli-mədəni irsin qorunması və dilin dünyada təbliği yalnız uzunmüddətli, dayanıqlı və elmi əsaslara söykənən proqramlarla mümkündür.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova bildirib ki, Çingiz Abdullayevin səsləndirdiyi narahatlıq mədəniyyətin təbliği sahəsində maliyyə və institusional davamlılığın zəruriliyini kəskin formada gündəmə gətirir:

177983

"Bu müzakirə yanvar ayında təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ilə səsləşir. Həmin konsepsiya Azərbaycanın milli-mədəni irsinin qorunması ilə onun beynəlxalq məkanda sistemli təşviqini vahid dövlət siyasəti çərçivəsində birləşdirərək ədəbiyyatın və dilin qlobal dövriyyəyə çıxarılmasını strateji prioritet kimi müəyyən edir. Sənəddə ədəbi irsin prioritet dillərə planlı tərcüməsi, beynəlxalq nəşriyyatlarla tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi, müəllif hüquqlarının müdafiəsi, rəqəmsal yayım infrastrukturunun gücləndirilməsi və mədəniyyət məhsullarının xarici bazarlarda təşviqi üçün marketinq alətlərinin tətbiqi kimi konkret həll yolları göstərilir; bununla da ədəbiyyatın tanıdılması epizodik təşəbbüslərdən çıxarılaraq uzunmüddətli, ölçülə bilən və maliyyə baxımından dayanıqlı proqramlara bağlanır.

Mövcud mexanizmlərin effektivliyi məhz bu konseptual çərçivənin praktik icrasından sabit maliyyə axınlarının təmin olunmasından, peşəkar tərcümə və ədəbi agentlik institutlarının formalaşdırılmasından, diaspor və mədəni diplomatiya kanalları ilə koordinasiyanın gücləndirilməsindən, eləcə də nəticələrin konkret göstəricilər əsasında qiymətləndirilməsindən asılıdır.

Parlament səviyyəsində məqsədəuyğun addımlar isə mədəniyyət siyasətinin bu yeni məntiqini hüquqi və fiskal alətlərlə möhkəmləndirməyə yönəlməlidir: çoxillik tərcümə fondunun yaradılması, beynəlxalq nəşr layihələrinə vergi və qrant stimullarının tətbiqi, rəqəmsal yayım və müəllif hüquqları sahəsində normativ bazanın təkmilləşdirilməsi, peşəkar tərcüməçi hazırlığı üçün dövlət sifarişi və mədəniyyət layihələrinin şəffaf maliyyələşmə mexanizmlərinin qanunvericiliklə təsbiti.

Bu yanaşma ədəbiyyatın və dilin təbliğini təsadüfi təşəbbüsdən çıxarıb strateji dövlət vəzifəsinə çevirir, milli-mənəvi dəyərlərin qorunması ilə onların dünyaya açılması arasında davamlı tarazlıq yaradır və mədəni suverenliyin möhkəmlənməsinə real zəmin formalaşdırır".

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil Şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatının beynəlxalq səviyyədə təbliği məsələsində əsas problem təkcə maliyyə çatışmazlığı deyil, eyni zamanda sistemli və dolğun elmi-metodik bazanın yetərincə formalaşmamasıdır:

177982

"Dil və ədəbiyyatın xaricdə tanıdılması üçün ilk növbədə zəngin, elmi cəhətdən əsaslandırılmış və metodiki baxımdan düzgün qurulmuş dərsliklərə ehtiyac var. Xüsusilə xaricdə yaşayan azərbaycanlı ailələrin övladları və Azərbaycan dilini xarici dil kimi öyrənənlər üçün nəzərdə tutulmuş vəsaitlər kifayət qədər deyil. Azərbaycan dili 50 milyondan artıq insanın ana dilidir. Bu reallıq Azərbaycan dilinin beynəlxalq müstəvidə daha geniş təqdim olunmasını zəruri edir. Lakin xaricdə fəaliyyət göstərən həftəsonu məktəblərinin və diaspor ailələrinin ehtiyaclarına uyğun mükəmməl dərsliklərin sayı məhduddur.

Düşünürəm ki, bu sahədə sistemli iş aparılmalı, həm dərslik bazası zənginləşdirilməli, həm də həftəsonu məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Çünki xarici ölkələrdə dominant dil mühitində böyüyən uşaqlar üçün ana dilinin qorunması əlavə mexanizmlər tələb edir. Azərbaycan dilinin tədrisi iki fərqli istiqamətdə aparılır: biri ölkə daxilində filoloji və jurnalistika fakültələrində ana dili kimi tədris, digəri isə xaricdə yaşayan azərbaycanlılar və əcnəbilər üçün Azərbaycan dilinin xarici dil kimi öyrədilməsidir. Bu iki istiqamətin metodikası və dərslik sistemi tamamilə fərqlidir və müəlliflər bu fərqi nəzərə almalıdırlar.

Bu kontekstdə o, "Azərbaycan dili" platforması layihəsini uğurlu təşəbbüs kimi qiymətləndirir. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır. Platforma Azərbaycan dilinin müxtəlif səviyyələr üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından mühüm rol oynayır və dilin tətbiq sahələrinin genişlənməsinə töhfə verir. Klassik və orta əsrlər ədəbiyyatı, eləcə də XX əsrin 70–90-cı illər ədəbi mühiti ilə müqayisədə bugünkü ədəbiyyat daha çox tərcümə üslubunu xatırladır. Onun fikrincə, klassik yazı ənənəsindəki sadəlik və anlaşıqlılıq oxucu ilə müəllif arasında daha möhkəm bağ yaradırdı. Bu gün isə ifadə formalarının mürəkkəbləşməsi geniş oxucu auditoriyasının azalmasına səbəb olur.

Ədəbi əsərlərin xarici dillərə tərcüməsi məsələsinə gəlincə, professor əsas problemi peşəkar tərcüməçi qıtlığında görür. Maliyyə və nəşr bazarına çıxış məsələləri də önəmlidir, lakin ən vacib amil yüksək səviyyəli dil biliklərinə malik, həm tərcümə olunan, həm də tərcümə edilən dili dərindən mənimsəmiş mütəxəssislərin azlığıdır.Azərbaycan dili aqqlütinativ quruluşa malikdir və sintaktik konstruksiyaları, söz sırası, frazeoloji birləşmələri bir çox dillərdən fərqlənir. Tərcüməçi bu xüsusiyyətləri nəzərə almadan uğurlu nəticə əldə edə bilməz. Xüsusilə frazeologizmlərin, milli ifadə vasitələrinin və leksik zənginliyin qorunması bədii tərcümədə əsas şərtlərdən biridir".

Professor dublyaj sahəsində də oxşar problemlərin mövcud olduğunu vurğulayıb:

"Keyfiyyətsiz tərcümə və uyğunlaşdırma tamaşaçı auditoriyasının azalmasına, nəticədə isə mədəni məhsulların təsir gücünün zəifləməsinə səbəb olur.Müsbət nümunə kimi o, yazıçı Çingiz Abdullayevin əsərlərinin beynəlxalq uğurunu göstərir və bildirir ki, burada həm müəllif məsuliyyəti, həm də peşəkar tərcümə faktoru mühüm rol oynayır. Azərbaycan dili bütün hiss və düşüncələri ifadə etmək imkanına malik zəngin bir dildir. Əsas məsələ bu zənginliyi peşəkar şəkildə təqdim etmək, tərcümə etmək və beynəlxalq müstəvidə sistemli şəkildə tanıtmaqdır. Peşəkarlıq isə həm müəllifdən, həm tərcüməçidən, həm də nəşriyyat və mədəniyyət institutlarından məsuliyyət tələb edir".

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

18-12-2023, 18:27

Ölkəmizdə ilk dəfə Mədəni irs forumu keçirilir - FOTO

Elm və təhsil

1-08-2025, 00:19

DİLİN İŞIĞINI QORUMAQ

Mədəniyyət

19-12-2023, 15:37

Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO

Müsahibə

29-05-2024, 17:14

Uşaqların sevimlisi, peşəkar müəllim SÜDABƏ XANLAROVA

Elm və təhsil

29-03-2025, 18:09

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 15:09
Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
Dün, 15:08
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
Dün, 15:08
Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
Dün, 15:07
Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
Dün, 15:07
Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
Dün, 15:06
Azərbaycan Universitetinin MBA məzununun UĞURU
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 15:09
    Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
  • Dün, 15:08
    88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
  • Dün, 15:08
    Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
  • Dün, 15:07
    Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 15:07
    Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
  • Dün, 15:06
    Azərbaycan Universitetinin MBA məzununun UĞURU
  • Dün, 15:05
    DİM-də elmi-metodik seminarlar keçirilib
  • Dün, 15:05
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • Dün, 08:34
    Azərbaycanda tələbə direktor təyin edildi - ƏMR
  • Dün, 08:32
    İmişlidə şagirdi döyən məktəb direktoruna saxtakarlığa görə cinayət işi açılıb - TƏFƏRRÜAT
  • Dün, 08:29
    Valideyn, müəllim və qorxu arasında qalan təhsil sistemi - NƏ ETMƏLİ?
  • Dün, 08:29
    Bakı Slavyan Universitetini BAZARA ÇEVİRİBLƏR - Buralar düzələn deyil...
  • Dün, 08:27
    Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş
  • Dün, 08:22
    Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü
  • 19-02-2026, 13:13
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 19-02-2026, 13:12
    Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
  • 19-02-2026, 13:11
    Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
  • 19-02-2026, 08:18
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • 19-02-2026, 08:17
    İdman məktəbinin vergi borcu üzə çıxdı - FOTOFAKT
  • 19-02-2026, 08:15
    Mingəçevirdə şagird pəncərədən yıxılıb? - AÇIQLAMA
  • 19-02-2026, 08:14
    Mingəçevir məktəbində kiçikmiqyaslı yanğın olub
  • 19-02-2026, 08:13
    İnşaat Kollecinə yeni direktor təyin olunub
  • 19-02-2026, 08:13
    Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb
  • 19-02-2026, 08:12
    Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb
  • 19-02-2026, 08:11
    Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir
  • 19-02-2026, 01:11
    ETN 3.8 milyon vəsaiti nəyə xərcləyir.???
  • 18-02-2026, 22:56
    STEAM'ool olimpiadasına qeydiyyat BAŞLADI
  • 18-02-2026, 22:54
    Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub
  • 18-02-2026, 22:54
    68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - RƏSMİ
  • 18-02-2026, 14:46
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 18-02-2026, 14:14
    Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı
  • 18-02-2026, 14:13
    Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq
  • 18-02-2026, 14:12
    Orfoepiya lüğəti il sonunadək hazırlanacaq
  • 18-02-2026, 14:11
    Uşaqlarımız sosial şəbələrdə gündə 5 saat vaxt keçirir - ŞOK RƏQƏMLƏR
  • 18-02-2026, 12:18
    Bu gündən ali məktəblərə qeydiyyat BAŞLAYIR
Daha çox
16-02-2026, 13:47
Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
18-02-2026, 14:46
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
15-02-2026, 23:11
ADAU-dan şikayət var!
16-02-2026, 13:24
ADU ilə bağlı suallar metastaz verir -rəsmi qurum niyə tələsik izahat verdi?
17-02-2026, 13:01
Məktəblərdə son zamanlar nələr baş verir?
15-02-2026, 23:34
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə