Xəbər lentiwidget-title-icon

Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək

Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Müəllim əməyinə verilən yüksək qiymət, onların peşə fəaliyyətinin dövlət səviyyəsində tanınması və mükafatlandırılması bu siyasətin mühüm tərkib hissəsidir.

Təhsil keyfiyyətinin yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması və müasir biliklərlə silahlandırılması istiqamətində çalışan pedaqoqların zəhməti müxtəlif fəxri ad və mükafatlarla qiymətləndirilir.

Maraqlıdır, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərdən neçəsi “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, neçə nəfəri “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb? Həmçinin neçə müəllim “Tərəqqi” medalı ilə təltif olunub?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərdən 32 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bu ada layiq görülmək uzunmüddətli səmərəli pedaqoji fəaliyyətin, yüksək peşəkarlığın və təhsil sisteminin inkişafına verilən mühüm töhfənin göstəricisidir.

Bununla yanaşı, 66 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bu ad Naxçıvan Muxtar Respublikası səviyyəsində müəllim əməyinə verilən yüksək qiyməti əks etdirir və bölgədə təhsilin inkişafında xüsusi xidmətləri olan pedaqoqlara təqdim olunur. Hər iki göstərici onu göstərir ki, muxtar respublikada müəllim korpusunun peşəkarlıq səviyyəsi yüksəkdir və onların fəaliyyəti həm yerli, həm də respublika səviyyəsində dəyərləndirilir.

Eyni zamanda 30 müəllim “Tərəqqi” medalı ilə təltif edilib. “Tərəqqi” medalı da Azərbaycan Respublikası tərəfindən təsis olunmuş dövlət mükafatıdır və cəmiyyətin müxtəlif sahələrində, o cümlədən təhsildə səmərəli fəaliyyətə görə verilir. Bu medal müəllimlərin yalnız pedaqoji deyil, həm də ictimai həyatdakı fəallığını və yenilikçi təşəbbüslərini qiymətləndirən mühüm mükafatlardandır.

Ümumilikdə qeyd olunan rəqəmlər Naxçıvan Muxtar Respublikasında müəllim əməyinə göstərilən diqqət və qayğının nümunəsidir. Onlarla pedaqoqun ali fəxri ad və dövlət mükafatlarına layiq görülməsi bölgədə təhsil sahəsinin sistemli şəkildə inkişaf etdiyini göstərir. Bu cür təltiflər bir tərəfdən müəllimlərin sosial nüfuzunu artırır, digər tərəfdən isə gənc pedaqoqlar üçün stimul rolunu oynayaraq təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Oxşar xəbərlər

Bütün xəbərlər