Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvanda vətəndaşlarla görüşəcək.
tehsil.media xəbər verir ki, bu məlumat mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlində yer alıb.
Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının sakinləri iştirak edə bilərlər.