Ağstafa rayon Dağkəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart ala bilməyən şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşım edilib.
tehsil.media xəbər verir ki, məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət olunub. Qurumun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb.
Onun sözlərinə görə, müfaviq şəxslərin izahatı alınıb.
Şəkillər məktəbin sosial media hesabından götürülüb.