İnternetdən hər gün istifadə edənlərin nəticələri ZƏİFDİR - Elnur Əliyev
İnternetdən hər gün istifadə edən uşaqların nəticələri daha zəifdir.
Aztəhsil.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dünyada rəqəmsallaşma prosesi sürətlə davam edir və rəqəmsal alətlərin təhsildə necə tətbiq olunması istiqamətində araşdırmalar aparılır. Bu məqsədlə müxtəlif pilot layihələr həyata keçirilir.
Elnur Əliyev qeyd edib ki, hazırda Azərbaycanda kütləvi rəqəmsallaşma tam şəkildə təmin edilməyib. Buna görə də proses əsasən pilot layihələr vasitəsilə sınaqdan keçirilir və ölkə hazırda bu sahədə keçid mərhələsindədir.



























