AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I YERİ tutub
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və əməkdaşları Xankəndi şəhərində “Karabakh Training Center”in təşkilatçılığı və AzTU-nun akademik tərəfdaşlığı ilə keçirilən İntellektual Gənclər Festivalında iştirak edib.
Aztəhsil.az xəbər verir ki, festival çərçivəsində təşkil olunan startap müsabiqəsində AzTU komandası innovativ layihə ilə münsiflər qarşısında çıxış edib. Nəticələrə əsasən, AzTU komandasının startapı birinci yerə layiq görülüb və layihə 3000 manat qrant qazanıb.
AzTU nümayəndələri festival çərçivəsində təşkil olunan digər müsabiqələrdə də uğur qazanıblar. Belə ki, həm əməkdaşlar, həm də tələbələr arasında keçirilən ingilis dili müsabiqələrində birinci yerin qalibi AzTU olub.
Fiziki yaddaş müsabiqəsində AzTU tələbəsi bütün iştirakçılardan fərqlənərək birinci olub. Maliyyə istiqaməti üzrə təşkil olunan müsabiqədə isə AzTU tələbələri birinci və üçüncü yerlərə layiq görülüb.
Qeyd edək ki, festival çərçivəsində AzTU nümayəndə heyətini İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev müşayiət edib.



























