Elnur Əliyev: Aşağı imkanlı ailələrin uşaqlarının göstəriciləri AŞAĞI deyil
Aşağı sosial-iqtisadi ailələrdən gələn uşaqların göstəriciləri o qədər də aşağı deyil.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycanda bu fərq 58 bal təşkil edir: “Bu göstərici 472 və 530 bal arasında dəyişir”.
Elnur Əliyev eyni zamanda qeyd edib ki, şagirdlərin fərdi nailiyyətləri arasında da əhəmiyyətli fərqlər mövcuddur.



























