Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Təhsilsiz qız: savadsız cəmiyyət, ümidsiz gələcək

Elm və təhsil

28-03-2025, 16:01

Təhsilsiz qız: savadsız cəmiyyət, ümidsiz gələcək

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

Hər bir valideynin başlıca istəyi, arzusu övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Çünki nə olursa olsun, həyatın gözlənilməz sınaqlarına sinə gəlmək, öz ayaqları üzərində dayanmağı bacarması üçün qadının təhsilli olması vacibdir

Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən yayındırılması, qız uşaqlarının ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir. Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı “problem”dir və ondan xilas olum. Halbuki, erkən evliliklə bu “problem” bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır”.



Mehriban Zeynalova deyir ki, daim erkən nigah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa həll olunmamış qalacaq: "Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ də erkən nikah halları mövcuddur".Ekspertlər hesab edirlər ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. Çünki ana olmağa hazır olmayan qadının dünyaya gətirdiyi uşaq çox vaxt tam normal olmur. Bundan başqa, uşaq ölümünün artması faktlarında bu məsələ az rol oynamır. Bununla yanaşı, erkən nikah məsələsində cavanlaşma amili də özünü qabarıq büruzə verir. Belə ki, 2003-cü ildə daha çox 15-16 yaşlı qızların ərə verilməsi faktları mövcud idi. Bu gün isə 13, hətta 12 yaşlı qızların ərə getməsi hallarına rast gəlmək mümkündür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dediyinə görə, qızların erkən yaşda ərə verilməsinin bayiskarı valideynlərdir: “Qız övladı 15, 16 yaşa çatan bəzi valideynlər onu oxutmaq əvəzinə ərə verməyi üstün tutur. Ancaq düşünmürlər ki, bu azyaşlı qız hələ tam kamilləşməyib, həyatı dərk etmir, dünyagörüşü tam formalaşmayıb. Valideynlər anlamalıdırlar ki, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün qadının təhsilli olması vacib şərtlərdəndir. Bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

Millət vəkili Fazil Mustafa hesab edir ki, qızların erkən nigaha məcbur edilməsinə görə valideyn hüquqi məsuliyyət daşımalıdır: "Təəssüf ki, bu gün bəzi ailələr 15-16 yaşı tamam olmuş uşağı təhsildən uzaqlaşdırıb ərə verir. Qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha məcbur edilməsi yolverilməz haldır. Sözügedən məsələ ilə bağlı qanunvericilikdə sərtləşdirilmələrə ehtiyac var. Valideynlər bilsə ki, övladlarını erkən nigaha məcbur etdiklərinə görə qanun qarşısında cavab verməli olacaqlar, o zaman bu addımı atmağa cəhd göstərməzlər. Cəzalar sərtləşdirilsə erkən nigahların qarşısı alınar. Sadalanan problemləri mütləq həll etmək lazımdır. Belə olmasa, bu ənənə olaraq zorakılığın daha da genişlənməsinə səbəb olacaq".Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilib. Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.

Hüquqşünas Ədalət Rüstəmov deyir ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: "Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxud da ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur, amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə təəssüf ki, valideyn hər hansı bir məsuliyyət daşımır".

Millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə əsasən, təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb. Zaman keçdikcə bu istiqamətlərdə iş aparılmış və bu gün ölkədə savadsız qadın yoxdur:"Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam Maral Rəhmanzadə, ilk qadın kino aktrisası İzzət xanım Orucova, ilk qadın heykəltaraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı Məhsəti Gəncəvi, ilk qadın oftalmoloq, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas alim Aida İmanquliyeva, ilk uşaq pediatrı Adilə Namazova və başqaları.

Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər".

Oxunub: 124
Paylaş:
Digər xəbərlər

Elm və təhsil / Hadisə

21-03-2025, 11:38

Azərbaycanda 13 yaşlı məktəbli ana oldu - ŞOK TƏFƏRRÜAT

Elm və təhsil

11-03-2025, 19:21

15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən ataya cəza verildi

Gündəm

29-12-2023, 11:44

12 yaşlı məktəbli 32 yaşlı kişi ilə nişanlandı

Hadisə

5-07-2023, 10:37

17 yaşlı qızı QAÇIRDILAR

Gündəm

29-12-2023, 18:35

12 yaşlı qız kiminsə nəfsinə qurban getdi –Təhsil Eksperti

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə