Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Şagirdlərin qərar qəbuletmə prosesinə cəlbi təhsil nəticələrini yaxşılaşdırır

Elm və təhsil

27-12-2024, 11:00

Şagirdlərin qərar qəbuletmə prosesinə cəlbi təhsil nəticələrini yaxşılaşdırır


Milli Hədəflər

Hesabatda SDG4 Qiymətləndirmə Kartının ölkələrin 2025 və 2030-cu illər üçün milli hədəflər, meyarlar üzrə irəliləyişlərini illik əsasda nəzərdən keçirdiyi qeyd edilir. İndiyədək ölkələrin 77%-i ən azı bir hədəf dəyəri müəyyən edib. Karib Dənizi İcması və Avropa İttifaqına üzv ölkələrin daha 7%-i isə regional səviyyədə meyarlar müəyyənləşdirmək öhdəliyi götürüb. Ümumilikdə, ölkələrin 2025 və 2030-cu illər üzrə mümkün hədəf dəyərlərinin 54%-ni müəyyən etməsi qənaətbəxş nəticə kimi qiymətləndirilir.

Bu nəticə yüksək gəlirli ölkələrin bir çox göstərici üzrə artıq yüksək dəyərlərə (100%-ə yaxın) malik olması ilə izah edilir. Belə ki, bu ölkələr üçün yeni hədəflər müəyyən etməyə ehtiyac azalıb.

Ən yüksək və ən aşağı iştirak nisbətləri

Ən çox meyar təqdim edilmiş göstəricilər:
Erkən uşaqlıq təhsili iştirak nisbəti (72%).
Yuxarı orta təhsil tamamlama nisbəti (70%).
Ən az meyar təqdim edilmiş göstəricilər:
Yuxarı orta təhsil tamamlama göstəricisi üzrə gender fərqi (36%).
Məktəb internet bağlantısı üzrə yeni göstərici (33%). Bu göstərici Təhsilin Transformasiyası Sammitindən sonra əlavə edilib.
SDG4 üzrə irəliləyişlər

2024-cü il üçün hazırlanan SDG4 Qiymətləndirmə Kartı 2025 və 2030-cu illərə qədər səkkiz əsas SDG4 göstəricisi üzrə irəliləyişi qiymətləndirib. Bu göstəricilər üzrə ölkələrin 84%-i milli hədəflər müəyyən edib. Bundan əlavə Təhsilin Transformasiyası Sammitində qəbul edilən qərar əsasında internet bağlantısı göstəricisi də SDG4 göstəricilərinə əlavə edilib. Bu da rəqəmsal infrastrukturun təhsil sistemlərində əhəmiyyətini artırır.

2025-ci ildə SDG Qlobal göstəricilərinin icmalımodelləri yerli təhsil rəsmilərinə müxtəlif ehtiyaclara uyğun həllər tətbiq etmək üçün geniş səlahiyyət verir. Bunun əksinə olaraq isə Yəməndə davam edən münaqişə liderliyi pozur, regional fərqlər yaradır və milyonlarla insanın təhsilə çıxışını məhdudlaşdırır.

Siyasi liderlik və təhsildə gender bərabərsizliyi

Siyasi liderlik təhsil sistemlərinə əhəmiyyətli təsir göstərir, lakin ciddi çətinliklərlə üzləşir. Belə ki, təhsil nazirlərinin qısa səlahiyyət müddəti (orta hesabla iki il) və yalnız 23%-nin müəllimlik təcrübəsinə malik olması uzunmüddətli islahatların həyata keçirilməsini çətinləşdirir. Buna baxmayaraq, qadın siyasi liderlərin təhsil xərclərini artırmaq və prioritetləşdirməkdəki rolu vurğulanır. Norveç və İsveçdə qadın liderlər inklüziv siyasətlərin inkişafına töhfə verir, lakin regional münaqişələr bu cür səyləri təhlükə altına qoyur.

Paylaşılan liderlik və əməkdaşlıq yanaşmaları

Paylaşılan liderlik müəllimlərin, valideynlərin və şagirdlərin qərar qəbuletmə proseslərinə cəlb edilməsini gücləndirir və təhsil nəticələrini yaxşılaşdırır. Taylandın Bambuk Məktəbində şagirdlərin qərar qəbuletmə proseslərinə cəlb edilməsi, Çilidə kurikulum islahatlarını irəli aparan yerli şagird hərəkatları və Finlandiyada inklüziv qərar qəbul etmə ənənəsi effektiv əməkdaşlıq modellərinin uğurlu nümunələridir.Cari hesabatda, qlobal səviyyədə 251 milyon uşağın, yeniyetmə və gəncin təhsildən kənarda olduğu bildirilir. Bu rəqəm 2015-ci ildən bəri cəmi 1% azalma ilə müşayiət olunur ki, bu da təhsil sahəsində irəliləyişlərin hələ də yavaş tempdə getdiyini göstərir. İnkişaf etməkdə olan ölkələrdə uşaqların 75%-nin 10 yaşına qədər sadə mətni oxuya bilməməsi isə təhsil sahəsindəki ciddi çatışmazlıqlara işarə edir. Məktəbdən kənarda qalma göstəriciləri gəlir səviyyəsinə görə əhəmiyyətli fərqlər nümayiş etdirir: aşağı gəlirli ölkələrdə bu göstərici 33%, aşağı-orta gəlirli ölkələrdə 19%, yuxarı-orta gəlirli ölkələrdə 8%, yüksək gəlirli ölkələrdə isə cəmi 3%-dir.

Həmçinin məktəbdən kənarda qalma ilə müqayisədə təhsili tamamlama göstəricilərində daha sürətli irəliləyiş müşahidə olunduğu da hesabatda öz əksini tapır. 2015–2023-cü illər arasında qlobal ibtidai təhsil tamamlama nisbəti 85%-dən 88%-ə, aşağı orta təhsil 74%-dən 79%-ə, yuxarı orta təhsil isə 53%-dən 59%-ə yüksəlmişdir. Saxaraaltı Afrikada yaş həddi ilə uyğun olmayan şagirdlərin yüksək faizi diqqət çəkir. Belə ki, ibtidai məktəbdə şagirdlərin 26%-i, aşağı orta təhsildə isə 35%-i yaş həddi ilə qeyri-uyğundur. Təhsilin vaxtında tamamlanması göstəriciləri isə daha problemlidir: yalnız 67% şagird təhsili vaxtında tamamlayır. Lakin gecikmiş tamamlama halları nəzərə alındıqda bu göstərici 78%-ə yüksəlir.

Həmçinin hesabatda münaqişələrin təhsil iştirakını əhəmiyyətli dərəcədə pozması da vurğulanır. Beş əsas böhran üzrə aparılmış tədqiqatlar məktəbdən kənarda qalanların sayının ən azı 5,5 milyon nəfər daha az ola biləcəyini göstərir. Baxmayaraq ki, hər iki ölkə eyni səviyyədən başlayıb. Lakin Toqoda ibtidai təhsil tamamlama nisbəti Yəmənlə müqayisədə dörd dəfə daha sürətlə artıb. Qlobal səviyyədə ibtidai təhsilin sonunda yalnız 58% şagird oxu, 44% isə riyaziyyat üzrə minimal bacarıqlara malikdir. PISA tərəfindən aparılmış təhlillər 2012–2022-ci illər arasında aşağı orta təhsil səviyyəsində oxu bacarıqlarının 12%, riyaziyyat bacarıqlarının isə 6% azaldığını göstərir.Son on ildə, xüsusilə Afrikada 3 yaşdan kiçik uşaqlar üçün erkən uşaqlıq təhsili (ECE) iştirak səviyyəsində müsbət irəliləyişlər qeydə alınsa da hələ də 3-5 yaşlı uşaqlar arasında qeydiyyatda durğunluq mövcuddur. Rəsmi ibtidai təhsilə başlama yaşından bir il əvvəl qeydiyyat göstəricisi təxminən 75%-də sabit qalıb. Şimali Afrika, Qərbi Asiya və Saxaraaltı Afrika kimi inkişafdan geri qalmış regionlarda yalnız qismən irəliləyişlər müşahidə edilib.

Bir çox uşaq rəsmi yaşdan əvvəl ibtidai təhsilə başladığı faktı da hesabatda qeyd olunur. Məsələn, Burundidə ibtidai təhsilə başlama yaşı 7 olsa da, 6 yaşlı uşaqların 90%-i məktəbəqədər proqramlar əvəzinə birbaşa ibtidai məktəbdə təhsil alır. Bu vəziyyəti nəzərə alaraq, belə uşaqların məktəbəqədər təhsil göstəricilərindən çıxarılması qlobal qeydiyyat səviyyəsini təxminən 20% azalda bilər.

Qlobal səviyyədə böyüklərin yalnız 3%-i rəsmi, qeyri-rəsmi təhsil və təlimdə iştirak edir. 106 ölkədən yalnız 15-də bu göstərici 10%-dən çoxdur ki, həmin ölkələr isə əsasən yüksək gəlirli ölkələrdir. 2015-ci ildən bəri böyüklərin təhsildə iştirak göstəriciləri 0,5 % azalıb. Bu azalmanın bir hissəsi COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirilir. Bununla yanaşı, gender fərqlilikləri də mövcuddur: yüksək gəlirli ölkələrdə hər 100 qadına 73 kişi iştirak etdiyi halda, aşağı gəlirli ölkələrdə hər 100 kişiyə yalnız 50 qadın iştirak edir. Bu rəqəmlər gender balansını təmin etmək üçün əlavə tədbirlərin vacibliyini göstərir.

2010–2023-cü illər arasında peşə təhsili (TVET) proqramlarına qeydiyyat nisbətən artıb. Bununla belə, gender bərabərsizliyi hələ də qalmaqdadır. Belə ki, kişilər TVET proqramlarında üstünlük təşkil edir. Bu vəziyyət ali təhsil sistemlərindəki gender göstəriciləri ilə uyğunsuzluq nümayiş etdirir. Çünki qadınlar ali təhsil müəssisələrində kişiləri əhəmiyyətli dərəcədə üstələyir. Qlobal səviyyədə ali təhsil üzrə ümumi qeydiyyat nisbəti 2010-cu ildəki 30%-dən 2023-cü ildə 43%-ə yüksəlib. Ən sürətli artım Latın Amerikası, Karib hövzəsi, Şərqi və Cənub-Şərqi Asiyada qeydə alınıb.İKT bacarıqları üzrə dünya miqyasında əhəmiyyətli fərqlərin mövcudluğu hesabatda qeyd olunur. Yüksək gəlirli ölkələrdə böyüklərin 80%-i əlavə ilə e-poçt göndərə bilirsə, orta gəlirli ölkələrdə bu göstərici yalnız 32%-dir. Kompüter proqramlaşdırma bacarıqlarında isə yüksək gəlirli ölkələrdə böyüklərin 7%-i, orta gəlirli ölkələrdə isə yalnız 2%-i bir proqram yaza bilir. Həmçinin yeni rəqəmsal bacarıqlar sahəsində də ciddi fərqlər mövcuddur. Belə ki, yüksək gəlirli ölkələrdə böyüklərin 45%-i cihazlarda təhlükəsizlik tədbirləri qura bilirsə, orta gəlirli ölkələrdə bu göstərici yalnız 7%-dir. Onlayn məlumatların etibarlılığını yoxlama bacarığında isə uyğun olaraq 23% və 10% fərqi müşahidə olunur.

Vurğulanır ki, bu sahədə gender bərabərsizliyi hələ də qalmaqdadır. Qlobal səviyyədə hər 100 kişiyə qarşı yalnız 84 qadın cədvəl formulaları ilə işləməyi, 83 qadın isə onlayn məlumatların etibarlılığını yoxlamağı bacarır. Bu fərqlər rəqəmsal təhsilə və resurslara çıxışdakı struktur bərabərsizliklərinin olduğunu əks etdirir.

Qlobal səviyyədə məktəbdən kənarda qalma göstəricilərində gender bərabərliyi təmin edilmiş olsa da regional fərqliliklər mövcuddur. Şərqi və Cənub-Şərqi Asiya, Avropa, Şimali Amerika, Latın Amerikası və Karib hövzəsində məktəbdən kənarda qalan oğlanların sayı qızlardan daha çoxdur. Latın Amerikası və Karib hövzəsində hər 100 qız üçün məktəbdən kənarda qalan oğlanların sayı 2015-ci ildə 107-dən 2023-cü ildə 113-ə yüksəlib. Bunu əksinə, Şimali Afrika, Qərbi Asiya, Okeaniya və Saxaraaltı Afrikada isə məktəbdən kənarda qalan qızların sayı daha çoxdur. Lakin 2015-ci ildən bəri bu fərqlər əhəmiyyətli dərəcədə azalıb.

Dünya üzrə savadlılıq səviyyəsi artmaqda davam edir. Gənc nəsillər yaşlı nəsillərə nisbətən daha yüksək savadlılıq göstəricilərinə malikdir. Məsələn, Mozambikdə böyüklər arasında savadlılıq səviyyəsi 56%, yaşlı əhali arasında isə bu göstərici 29%-dir. Gender, gəlir və məkan fərqlilikləri zamanla azalır. Nepalda yaşlı qadınların savadlılıq səviyyəsi hər 100 kişiyə 24 qadın təşkil edir. Lakin 15-24 yaşlılar arasında gender bərabərliyi təmin edilmişdir. Bununla belə hesabatda qeyd olunur ki, hətta yüksək savadlılıq göstəricilərinə malik ölkələrdə də bərabərsizliklər davam etməkdədir. Məsələn, Peruda böyüklərin 95%-i savadlıdır, lakin kənd qadınlarının yalnız 78%-i bu səviyyəyə çatıb.boşluqları Dayanıqlı İnkişaf Məqsədi 4-ə (SDG 4) çatmaq üçün əsas maneələrdir. Hesabat göstərir ki, strateji liderlik, resursların balanslı bölgüsü və inklüziv yanaşmalar təhsil sistemlərinin inkişafını sürətləndirə bilər. Təhsildə innovasiyaların tətbiqi və əməkdaşlıq yolu ilə bərabər və dayanıqlı bir gələcək təmin edilə bilər.

Mənbə: UNESCO. 2024. Global Education Monitoring Report 2024/5: Leadership in education – Lead for learning. Paris, UNESCO.

Oxunub: 141
Paylaş:
Digər xəbərlər

Maraqlı

13-07-2023, 14:49

Ən çox spirtli içki içilən ölkələrin siyahısı - FOTO

Dünya

30-05-2023, 16:21

TÜİQ: 2022-ci ildə oxuma, yazma səviyyəsi 97,6 olub

Elm və təhsil

1-11-2023, 09:34

TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının yekun bəyannaməsi imzalanıb - FOTOLAR

Gündəm

7-12-2023, 15:20

“PISA proqramından çıxmasaydıq göstəricilərimiz daha yüksək olardı”

Məktəblər

29-05-2023, 22:42

Türkdilli ölkələrin məktəbliləri Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 22:34
MÜTDA Rəhbəri Eşqi Bağırovun "Kitab Biznesi": Məktəblərdə Məcburi Satış İddiaları
Dün, 22:28
Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
Dün, 17:52
“Sədrliyin Mehriban Əliyevaya həvalə edilməsi rəqəmsallaşmanı ən yüksək səviyyəyə qaldırır”
Dün, 17:49
Tələbə qızları şantaj edən şəxsə cinayət işi açıldı
Dün, 17:47
Emin Əmrullayev onu işdən çıxardı...
Dün, 16:37
Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 22:34
    MÜTDA Rəhbəri Eşqi Bağırovun "Kitab Biznesi": Məktəblərdə Məcburi Satış İddiaları
  • Dün, 22:28
    Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
  • Dün, 17:52
    “Sədrliyin Mehriban Əliyevaya həvalə edilməsi rəqəmsallaşmanı ən yüksək səviyyəyə qaldırır”
  • Dün, 17:49
    Tələbə qızları şantaj edən şəxsə cinayət işi açıldı
  • Dün, 17:47
    Emin Əmrullayev onu işdən çıxardı...
  • Dün, 16:37
    Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
  • Dün, 15:25
    Elm və təhsil naziri Sumqayıtda İsmət Qayıbov adına 1 nömrəli məktəbdə olub - FOTO
  • Dün, 15:20
    AMEA-nın Rəyasət Heyəti ləğv edilir?
  • Dün, 15:19
    Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
  • Dün, 15:18
    Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planı TƏSDİQLƏNDİ
  • Dün, 15:17
    Şagird və tələbə üçün marşrut xəritələri yenidən optimallaşdırılsın - TƏKLİF
  • Dün, 15:14
    Abşeronda 1 mart – Ümumdünya MülkiMüdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilmişdir.
  • Dün, 15:11
    Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
  • 26-02-2026, 23:30
    Balaca Qəlblərin Böyük Ehtiramı: Sumqayıtda Xocalı Anımı
  • 26-02-2026, 16:39
    Prezident Xocalı Soyqırımı Memorialının açılışında
  • 26-02-2026, 16:38
    Parlament Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət etdi
  • 26-02-2026, 16:38
    Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik
  • 26-02-2026, 11:32
    Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır-Subut Mehdiyev yazır
  • 26-02-2026, 11:31
    Bakı şəhər 36 nömrəli məktəbdə “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsi çərçivəsində növbəti mərhələ
  • 26-02-2026, 08:35
    ADPU Quba filialı rəhbərinin fiziki şəxs kimi vergi borcu yarandı - FOTOFAKT
  • 26-02-2026, 08:33
    Unutmarıq... UNUTMADIQ! - ANIM
  • 26-02-2026, 08:30
    Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək"
  • 26-02-2026, 08:28
    Təhsil Nazirliyi 1 milyonluq tender elan edib
  • 25-02-2026, 16:14
    Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb Xəbərlər 25 Fevral 2026, 11:43
  • 25-02-2026, 16:13
    Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 25-02-2026, 16:13
    İki ali məktəb tədqiqat universitetinə çevrilə bilər
  • 25-02-2026, 16:12
    AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq
  • 25-02-2026, 16:11
    MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur
  • 25-02-2026, 16:10
    Məktəb universitetə hazırlayan müəssisədir, yoxsa şəxsiyyət formalaşdıran?
  • 25-02-2026, 16:09
    Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib
  • 25-02-2026, 16:08
    Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır
  • 25-02-2026, 16:08
    RFO-da iştirak edənlərin NƏZƏRİNƏ! - buraxılış vərəqələri verilir
  • 25-02-2026, 12:48
    Bakı şəhər 36 nömrəli məktəbdə “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsi çərçivəsində növbəti mərhələ
  • 24-02-2026, 08:53
    Müəllimdən küsən valideynlər
  • 23-02-2026, 13:29
    Təhsil, yoxsa Təftiş: Məktəb Qapısında Boğulan Şəxsiyyət
Daha çox
26-02-2026, 23:30
Balaca Qəlblərin Böyük Ehtiramı: Sumqayıtda Xocalı Anımı
Dün, 15:25
Elm və təhsil naziri Sumqayıtda İsmət Qayıbov adına 1 nömrəli məktəbdə olub - FOTO
Dün, 16:37
Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
Dün, 15:19
Azərbaycanda yeni şura yaradıldı - Mehriban Əliyeva sədr təyin olundu
24-02-2026, 08:53
Müəllimdən küsən valideynlər
Dün, 15:14
Abşeronda 1 mart – Ümumdünya MülkiMüdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilmişdir.
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə