Xəbər lentiwidget-title-icon

Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Sertifikatlaşdırmanın keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb – SİYAHI
Akademik tanınma şəhadətnaməsi əldə etmək istəyənlərin NƏZƏRİNƏ!
Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri AÇIQLANDI
Lisey və gimnaziyalara qəbul BAŞLAYIR
“Musiqi mənim müəllimim olub”: Azərbaycan dilini öyrənmiş QAZAXISTANLI qız
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
Türk dünyasında yeni təhsil modeli yaradılır
ETİHİ əməkdaşları üçün təlimlər keçirilib
“TEKRO” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
​Məktəblərdə son həftə rəzaləti: "Qaçdı-tutdu" oyunu
10 abituriyent və 1 nəzarətçi imtahandan kənarlaşdırıldı - DİM
I və IV qrupların nəticələri bu tarixdə AÇIQLANACAQ
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI

Qazaxıstan və Azərbaycan ali məktəblərinin II Rektorlar Forumu keçirilib

Bu gün Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.

Bildirilib ki, forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Nazir əlavə edib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.

Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.

Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər