Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Prorektor Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak edib

Prorektor Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov M.Auezov adına Cənubi Qazaxıstan
Universitetinin rəhbərliyinin dəvəti ilə Qazaxıstan Respublikasında səfərdə olub.

tehsilmedia.info xəbər verir ki, dəvətin məqsədi dost ölkə olan Azərbaycanın qabaqcıl universitetlərindən biri olaraq Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak etmək olub. Belə ki, noyabrın 18-də Qazaxıstan Respublikasın Şimkənd şəhərində Cənubi Qazaxıstan Universitetinin yubileyi münasibəti ilə təşkil edilən təntənəli mərasimdə Qazaxıstanın Elm və ali təhsil naziri Sayasat Nurbek, ölkənin təhsil
ictimaiyyəti, eyni zamanda ayrı-ayrı ölkələrdən elm və təhsil nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən Qazaxıstan Respublikasın Elm və ali təhsil naziri Sayasat Nurbek bütün konfrans iştirakçılarını salamlayaraq 80 illik yubiley münasibəti ilə Qazaxıstanın dövlət başçısının təbrikini tədbir iştirakçılarına çatdırıb, universitetin fəaliyyətinin yüksək qiymətləndirərək uğurlar arzu edib.
Sonra Cənubi Qazaxıstan Universitetinin rektoru, professor Kojamjarova Daria geniş məruza ilə çıxış edib.

Təntənli yubiley mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxış edərək öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun, o cümlədən universitetin çoxminli kollektivinin salamını və səmimi təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Cənubi Qazaxıstan Universitetinin əməkdaşlıq əlaqlərindən, həmçinin iki qardaş ölkənin tarixi köklərə əsaslanan sarsılmaz dostluq münasibətindən danışan dosent Qasım Məmmədov ADNSU-nun bir əsrdənyuxarı olan tarixi, fəaliyyəti haqqında qısa məlumat verib və təmsil etdiyi universitetin yetişdirdiyi mütəxəssislərin Azərbaycan, o cümlədən dünyanın bir neçə ölkəsində neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb. Çıxışı zamanı dosent Qasım Məmmədov ADNSU-da mövcud olan təhsil və tədris sistemi, müasir texnoloji yeniliklərin təhsil siteminə tətbiqi, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları və digər fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçıları tərəfindən maraqla qarışlanan çıxışı zamanı dosent Qasım Məmmədov Azİİ-nin ilk qazaxıstanlı məzunu (1935-ci il), Qazaxıstan Respublikasinin neft sənayesinin banisi hesab edilən Safi Utebayevdən də bəhs edib. Bildirib ki, ADNSU-da fəxri məzunu kimi Safi Utebayevin xatirəsini hər zaman dərin ehtiramla yad edilir və universitetdə onun əziz xatirəsinə həsr olunmuş barelyef qoyulub.

Yubiley mərasiminin sonunda Şimkənd şəhərinin 1200 nəfərəlik tutumu olan “Türküstan” Konsert Kompleksində müəllim və tələbələrin iştirakı ilə bütün izləyicilərin marağına səbəb olan konsert proqramı nümayiş olunub.

Noyabrın 16-dan 19-a qədər davam edən səfər zamanı dosent Qasım Məmmədov M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin rektoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki, professor Kojamjarova Daria və Tədris işləri üzrə prorektor Nurmanbetov Kairat ilə, həmçinin universitetin Mexanika və neft mühəndisliyi fakültəsinin dekanı, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Texnoloji avadanlıqlar və maşınlar kafedrasının müdiri ilə təkbətək görüşlər keçirib. Görüşlər zamanı iki universitet arasında qarşılıqlı əməkdaşlıq istiqamətlərində fikir mübadiləsi aparılıb. Müştərək görüləcək işlər, hər iki ali təhsil müəssisəsinin iştirakı ilə həyata keçiriləcək layihələr, elmi nailiyyətlər və hədəflər müzakirə olunub.

Səfər çərçivəsində dosent Qasım Məmmədov Qida biotexnologiyası laboratoriyasının, konstruksiyaların, qurğuların və proseslərin multifiziki modelləşdirilməsi laboratoriyasının, REİLRAB Qazaxstan Dəri Mərkəzinin, həmçinin Şirin su hazırlanmasının effektiv texnologiyasının işlənməsi üzrə kompleksin açılışında iştirak edib.

Qeyd edək ki, Qazaxıstanın Respublikasının dövlət başçısının Milli Tədqiqat Universiteti adı verdiyi M.Auezov adına Cənubi Qazaxıstan Universiteti ölkənin aparıcı təhsil müəssisələrindəndir. Sistemli təhsil ənənəsi və elmi nailiyyətləri ilə tanınan universitet Azİİ kimi həm də yetişdirdiyi kadrlarla məşhurdur. 30 min tələbənin təhsil aldığı və 1500 nəfər professor-müəllim heyətinin çalışdığı Cənubi Qazaxıstan Universiteti elmi nailiyyətlərinə, o cümlədən dünya metrik bazalarında, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə də fərqlənir, hazırda universitet QS reytinqi siyahısında 434-cü yerdə qərarlaşıb.

Prorektor Cənubi Qazaxıstan Universitetinin 80 illik yubileyində iştirak edib

Oxşar xəbərlər

Bütün xəbərlər