Xəbər lentiwidget-title-icon

"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Sertifikatlaşdırmanın keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb – SİYAHI
Akademik tanınma şəhadətnaməsi əldə etmək istəyənlərin NƏZƏRİNƏ!
Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri AÇIQLANDI
Lisey və gimnaziyalara qəbul BAŞLAYIR
“Musiqi mənim müəllimim olub”: Azərbaycan dilini öyrənmiş QAZAXISTANLI qız
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
Türk dünyasında yeni təhsil modeli yaradılır
ETİHİ əməkdaşları üçün təlimlər keçirilib
“TEKRO” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
​Məktəblərdə son həftə rəzaləti: "Qaçdı-tutdu" oyunu
10 abituriyent və 1 nəzarətçi imtahandan kənarlaşdırıldı - DİM
I və IV qrupların nəticələri bu tarixdə AÇIQLANACAQ
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır

“Musiqi mənim müəllimim olub”: Azərbaycan dilini öyrənmiş QAZAXISTANLI qız

Aygerim Abikenova Astana Tibb Universitetinin tələbəsi və “Xəzər” Azərbaycanlıların Etnomədəni Birliyinin fəal üzvlərindən biridir. O, Azərbaycan dilini müstəqil şəkildə öyrənib və ölkəmizin mədəni irsi ilə böyük maraqla tanış olur.

Aztəhsil.az Azərtac-a müsahibəsinə istinad edərək xəbər verir:

Azərbaycanla tanışlığının necə başladığından, xalqımızın mədəniyyətində onu nələrin cəlb etdiyindən və Azərbaycan icmasının fəaliyyətində iştirakın onun üçün niyə vacib olmasından danışıb.

– Azərbaycan mədəniyyətinə marağınız haradan yarandı və buna ilk təkan nə oldu?

– Azərbaycan mədəniyyətinə marağım türk dilini bilməyim sayəsində yaranıb. Bu dili öyrənərkən türk və Azərbaycan dillərinin səslənmə, leksika və qrammatika baxımından bir-birinə çox yaxın olduğunu gördüm. Bu isə məndə Azərbaycana və onun xalqına böyük maraq oyatdı.

Zaman keçdikcə Azərbaycan xalqının həyatı, dəyərləri, bayramları və mədəni xüsusiyyətləri haqqında daha çox məlumat əldə etdim. Ölkənin qonaqpərvərliyi və zəngin tarixi məni heyran etdi. Azərbaycanı məhz belə kəşf etdim.

– Nə üçün məhz Azərbaycan dilini öyrənmək qərarına gəldiniz?

– Niyə məhz Azərbaycan dilinin diqqətimi cəlb etdiyi barədə xüsusi düşünməmişəm. Hər şey çox təbii şəkildə baş verdi. Sosial şəbəkələrdə Azərbaycan musiqisinə və mahnılarına qulaq asmağa başladım və mahnıların sözlərini, mənasını anlamaq mənə maraqlı gəldi.

Tədricən musiqiyə olan maraq dilin özünə, daha sonra isə Azərbaycan mədəniyyətinə marağa çevrildi. Həqiqətən sevdiyim işlə məşğul olmaq qərarına gəldim. Buna görə də dili müstəqil şəkildə öyrənməyə, Azərbaycan xalqının tarixi, ənənələri və adətləri haqqında daha çox məlumat əldə etməyə başladım.

Bu prosesdə musiqi böyük rol oynayıb. Güclü səs imkanlarım olmasa da, bu mənə zövq verdiyi üçün sevdiyim ifaçıların mahnılarını özüm üçün oxuyurdum. Musiqi sayəsində yeni sözləri yadda saxlayır, dilin xüsusiyyətləri ilə tanış olur və getdikcə Azərbaycan mədəniyyətini daha dərindən öyrənirdim.

Zaman keçdikcə dili öyrənmək sadəcə bir maraq olmaqdan çıxaraq həyatımın mühüm hissəsinə çevrildi. Bu, mənə yeni insanlarla tanış olmağa və dünyaya fərqli baxmağa kömək etdi.

Oxşar xəbərlər

Bütün xəbərlər