Xəbər lentiwidget-title-icon

"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır
Sertifikatlaşdırmanın keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb – SİYAHI
Akademik tanınma şəhadətnaməsi əldə etmək istəyənlərin NƏZƏRİNƏ!
Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri AÇIQLANDI
Lisey və gimnaziyalara qəbul BAŞLAYIR
“Musiqi mənim müəllimim olub”: Azərbaycan dilini öyrənmiş QAZAXISTANLI qız
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
Türk dünyasında yeni təhsil modeli yaradılır
ETİHİ əməkdaşları üçün təlimlər keçirilib
“TEKRO” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
​Məktəblərdə son həftə rəzaləti: "Qaçdı-tutdu" oyunu
10 abituriyent və 1 nəzarətçi imtahandan kənarlaşdırıldı - DİM
I və IV qrupların nəticələri bu tarixdə AÇIQLANACAQ
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır

“TEKRO” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin dəstəyi, Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı, “Master School” MMC Təhsil Mərkəzinin tərəfdaşlığı ilə 10 və 17 may tarixlərində keçirilmiş “Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb.

Aztəhsil.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş və ümumtəhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş olimpiadanın mükafatlandırılma mərasimi TAU-da qaliblər və onların ailə üzvlərinin iştirakı ilə keçirilib.

Mükafatlandırma mərasimində Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Osman Hacıyev, TAU-nun rektoru professor Vilayət Vəliyev, “Master School” MMC Təhsil Mərkəzinin rəhbəri İlkin Məhərrəmov, TAU-nun proqram rəhbərləri, şöbə müdirləri, professor-müəllim heyəti və inzibati heyətin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan TAU-nun rektoru professor Vilayət Vəliyev əvvəlcə “Tekro” olimpiadasının qaliblərini və valideynlərini təbrik edib. O, bu cür olimpiadaların istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və qaliblərə uğurlar diləyib.

Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün qalibləri təbrik edərək bildirib ki, iki qardaş ölkənin strateji təhsil layihəsi olan TAU-nun qapıları bu cür istedadlı gənclər üçün hər zaman açıqdır.

Elm və Təhsil Nazirliyinin nümayəndəsi Osman Hacıyev vurğulayıb ki, TAU sadəcə Azərbaycanda təhsilin beynəlmiləlləşdirilməsi və Türkiyənin ən güclü beynəlxalq proqramlarını tələbələr üçün gətirməklə kifayətlənmir, ölkənin istedadlı məktəblilərini üzə çıxarmaq üçün bu cür olimpiadalar təşkil etməklə ölkə təhsilinə öz töhfəsini verir.

Olimpiadanın yekun nəticələrinə əsasən, 22 qalib müəyyən edilib. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Xəzər Həsənli 47 balla I yer; BDU nəzdində Gənc İstedadlar liseyinin 9-cu sinif şagirdi Alikamal Həsən 45 balla II yer; Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Nihat Cəfərli 40 balla III yeri qazanıblar.

Bundan əlavə, olimpiadanın final mərhələsində uğurlu iştiraklarına görə Ömər Qədirli, Yusif Şəfiyev, Lalə Tağıyeva, Zəhra İbişova, Uğur Qədirli, Nuran Mancanov, Məhəmməd Salmanov, Ömər İsmayıllı, Həbib Dostəlizadə, Hüseyn Əliyev, Məzahir Əhmədov, Həsən Bəşirov, İsmayıl İbrahimli, Toğrul Məmmədli, Nicat Qasımlı, Yusif Nəzərli, Ələddin Abdinli, Kamran Səmidzadə və Nur Məmmədova da qalib elan ediliblər.

Tədbirin sonunda qaliblərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub. I yerin qalibi noutbuk, II yerin qalibi “Apple” planşeti, III yerin qalibi “Lenovo” planşeti, IV və V yerlərin qalibləri pul mükafatı, digər qaliblər kitablar, güzəştli təhsil vauçerləri və TAU-nun xüsusi hədiyyələrini qazanıblar.

Qeyd edək ki, “Tekro” olimpiadasına ümumilikdə 800-dən çox məktəbli qeydiyyatdan keçib, iştirakçılar arasında yüksək maraq və rəqabət mühiti müşahidə olunub. Olimpiadanın final mərhələsinə cəmi 140 iştirakçı vəsiqə qazanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər