Xəbər lentiwidget-title-icon

Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır

Abituriyentlər daha çox bal üçün nə etməlidir? - səhvlər, həqiqətlər və doğru STRATEGİYA

Abituriyentlər daha çox bal üçün nə etməlidir? - səhvlər, həqiqətlər və doğru STRATEGİYA
Artıq qəbul (blok) imtahanına çox az vaxt qalıb. Bəzi abituriyentlər buraxılış imtahanını verdikdən sonra qəbul imtahanına hazırlaşmağa başlayır, digərləri isə hər iki imtahana paralel şəkildə hazırlaşır.

Maraqlıdır, az vaxt qaldıqda abituriyentlər imtahana necə hazırlaşmalıdır ki, daha yaxşı nəticə əldə etsinlər? Ümumiyyətlə, ən çox edilən səhvlər hansılardır?

AzEdu.az-ın suallarını "İlin gənc müəllimi", Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Xəzri Muradov cavablandırıb.

180570

- Sizcə, şagirdlər daha çox hansı mövzuları düzgün mənimsəmir?

- Şagirdlər əsasən oxuma və analiz tələb edən tarix və ədəbiyyat kimi fənlərdə çətinlik çəkirlər. Bu fənlər səbir və davamlı təkrar tələb edir. Riyaziyyat, fizika və kimya isə daha çox məntiq və müəyyən qədər istedad tələb edir, lakin burada da əsas rol düzgün metodların öyrənilməsidir.

- “Oxuyuram, amma yadımda qalmır” deyən şagirdlər əslində nəyi səhv edir?

- Bu fikir kökündən yanlışdır. Hər kəsin beyni eyni potensiala malikdir. Sadəcə fərq ondadır ki, kim daha çox və daha düzgün çalışır. Yadda qalmama problemi əslində düzgün təkrar etməmək, aktiv öyrənmə metodlarından istifadə etməmək və diqqətsiz oxumaqla bağlıdır.

- Şagirdlərin hansı mövzuların üzərində gərəksiz dayandığını düşünürsünüz?

- Bəzi şagirdlər gərəksiz detallara həddindən artıq vaxt ayırır, əsas mövzuları isə səthi keçir. Halbuki imtahan əsasən baza bilikləri və tətbiq bacarığını yoxlayır.

- Yüksək bal toplamaq üçün bütün günü oxumaq lazımdır?

- Ən çox bal toplayanlar bütün günü oxuyanlar yox, keyfiyyətli və düzgün metodla çalışanlardır. Məntiqli düşünən, test üzərində işləməyi bacaran və strategiya quran şagirdlər daha uğurlu olur. Testologiya problemi də var. Bu gün biz elmi bilikləri öyrədirik, amma testologiyanı eyni səviyyədə inkişaf etdirmirik. Halbuki imtahan bilikdən çox, o biliyin test üzərində necə tətbiq olunduğunu yoxlayır. Bir çox savadlı şagird məhz bu səbəbdən istədiyi nəticəni əldə edə bilmir.

- Abituriyentlərin ən çox etdiyi səhvlər hansılardır?

- Abituriyentlərin ən böyük səhvlərindən biri plansız və sistemsiz hazırlaşmaqdır. Bir çox şagird mövzunu oxuyur, lakin onu test üzərində tətbiq etməyi öyrənmir. Digər ciddi problem isə vaxtın düzgün idarə olunmaması və diqqətin tez-tez yayınmasıdır, xüsusilə telefon istifadəsi bu prosesdə ən böyük maneələrdən biridir.

- Sizə görə ən vacib imtahan taktikası hansıdır?

- İmtahanda ən vacib taktika vaxtın düzgün bölüşdürülməsi və sualların strategiya ilə cavablandırılmasıdır. Hər suala eyni vaxt sərf etmək yox, asan sualları əvvəl həll edib, çətinlərə sonra qayıtmaq daha effektivdir.

- Abituriyentlərin çoxluqla çətinlik çəkdiyi fənn hansıdır?

- Şagirdlər əsasən oxunma və analiz tələb edən tarix və ədəbiyyat kimi fənlərdə çətinlik çəkirlər. Riyaziyyat, fizika və kimya isə daha çox məntiq və müəyyən qədər istedad tələb edir, lakin burada da əsas rol düzgün metodların öyrənilməsidir.

- Elə şagird varmı ki, savadlıdı, ancaq test üzərində biliklərini tətbiq edə bilmir?

- Bəli, belə şagirdlər çoxdur. Onlar mövzunu bilirlər, lakin test texnikasını bilmədikləri üçün səhvlər edirlər. Bu isə praktikanın və düzgün yönləndirmənin çatışmazlığından irəli gəlir.

- Xəzri müəllim, bir abituriyent bu gündən etibarən nəyi dəyişsə, nəticəsi artar?

- Bir abituriyent bu gündən etibarən bir neçə şeyi dəyişsə, nəticəsi ciddi şəkildə arta bilər: telefona sərf olunan vaxtı minimuma endirmək, yuxu rejimini qaydaya salmaq, daha çox sınaq imtahanlarında iştirak etmək, həmçinin test üzərində işləmə bacarığını artırmaq. Sadəcə oxumaq yox, öyrənmə metodlarını dəyişmək.

Uğur təsadüf deyil. Daha çox oxumaq yox, daha düzgün oxumaq, daha çox test işləmək yox, daha məqsədli işləmək vacibdir. Bu yolda fərq yaradan isə zəhmətlə yanaşı, düzgün strategiyadır.

Oxşar xəbərlər

Bütün xəbərlər