Xəbər lentiwidget-title-icon

Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır

Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama

“Sosial media hesabımda direktoru olduğum məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarıma, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarıma görə cəzalandırılaraq işdən çıxarılmışam. Mayın 6-sı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı Əmrə əsasən mənimlə müqaviləyə Əmək Məcəlləsinin “70Ç” maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib”.

Bu şikayətlə “Qafqazinfo”ya Füzuli rayonu 33 nömrəli tam orta məktəbin keçmiş direktoru Mədinə Hallacova müraciət edib.

Onun sözlərinə görə, əmrdə Mədinə Hallacovanın əmək müqaviləsi üzrə öhdəliklərinin mütəmadi pozulduğu, məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığının ortaya çıxdığı iddia edilir: “2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat almışam. İşdən azad edilməyim haqda əmri oxuyanda mənə məlum oldu ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli rayonu üzrə təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Əgər belə aktlar olubsa, niyə sonradan çağırıb mənə bu barədə məlumat verilməyib?Mən bütün işlərimi qayda-qanunlar çərçivəsində görmüşəm. 2024-cü il sentyabrın 27-si şəhidlərin Anım Günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayonu üzrə təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Bu çəkilişə görə mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş etsin, şantaj etsin. Onlar dedilər ki, çəkilişə icazələri var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

M.Hallacova qeyd edib ki, sosial şəbəkə hesabında paylaşımlarından sonra işdən çıxarılması qətiləşdirilib: “Rəhbərlik etdiyim məktəbdə yağış yağarkən ciddi problemlər, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri “Facebook” hesabında paylaşaraq ictimailəşdirdim. Bu paylaşımlardan sonra işdən çıxarılmağımı qətiləşdirdilər. Mən ADA-da ixtisasartırma təhsili alıram və orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayonu üzrə təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm.Mənə problem yaradılsın deyə təhsil sektorunun müdiri məzuniyyət götürüb və elektron ərizəmə baxmayıb. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Ertəsi gün isə bildirdilər ki, ərizəniz keçərsizdir. Akt tərtib etdilər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Sözügedən şəxsin iddiaları ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Füzuli rayon 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Hallacova Mədinə Məhəmməd qızı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, Əmək Məcəlləsinin müvafiq maddəsinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın, Nazirliyin, Agentliyin və İdarənin təlimatlarının tələblərini pozub.Nəticədə, adıçəkilən məktəbdə təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən adıçəkilən şəxs barəsində intizam tənbeh tədbiri tətbiq olunub və işindən azad edilib”.

Oxşar xəbərlər

Bütün xəbərlər