Xəbər lentiwidget-title-icon

Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır

Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN

Qəbul imtahanının ikinci cəhdi üzrə də imtahanlar keçiriləcək. Bu mərhələdə bir çox abituriyent hazırlığa haradan və necə başlayacağını müəyyənləşdirməkdə çətinlik çəkir.

Biz daha əvvəl imtahana hazırlıq strategiyasından danışmışıq. Ancaq maraqlıdır ki, ikinci cəhdə hazırlıq necə olmalıdır? Hazırlığa konkret mövzular üzərində işləməklə başlamaq daha məqsədəuyğundur, yoxsa sürətləndirilmiş ümumi təkrar etmək daha faydalıdır? Bu mərhələdə abituriyentlər hansı yanaşmaya üstünlük verməlidirlər?

AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında “İlin gənc müəllimi” müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu rəhbəri Xəzri Muradov danışıb.

O qeyd edib ki, qəbul imtahanının ikinci cəhdi bir çox abituriyent üçün yeni şans, bəziləri üçün isə nəticəni daha da yaxşılaşdırmaq imkanıdır:

“Təcrübəmdə müşahidə etmişəm ki, ilk imtahanda yüksək nəticə göstərən şagirdlərin bir qismi artıq hazırlığı dayandırır, digər bir qismi isə dərslərə əvvəlki məsuliyyətlə yanaşmır. Halbuki məhz bu son bir ay nəticəni ciddi şəkildə dəyişə biləcək ən vacib dövrlərdən biridir.

Bu mərhələdə yeni mövzular öyrənməkdən daha çox, mövcud bilikləri möhkəmləndirmək, buraxılan səhvləri analiz etmək və intensiv test həllinə üstünlük vermək lazımdır. Abituriyent ilk növbədə öz zəif tərəflərini müəyyən etməli, daha sonra həmin istiqamətlər üzrə məqsədyönlü şəkildə işləməlidir. Sürətləndirilmiş ümumi təkrar da vacibdir, lakin əsas diqqət səhvlərin aradan qaldırılmasına və vaxt idarəetməsinin təkmilləşdirilməsinə yönəlməlidir”.

Əgər mən bu gün bir abituriyentin yerində olsaydım, məktəb öhdəliklərinin də azalmasını nəzərə alaraq vaxtımın böyük hissəsini təkrara, sınaq imtahanlarına və test tapşırıqlarına həsr edərdim:

“Artıq məktəb ili də yekunlaşır və şagirdlərin sərəncamında daha çox vaxt olur. Bu vaxtdan düzgün istifadə edən, gündəlik plan əsasında çalışan və test həllini artıran abituriyentlərin nəticələrində 50-100 bal, bəzən daha artıq irəliləyişlər görmüşük. Praktikamda buna çoxsaylı nümunələr var.

Ən böyük problem isə yorğunluq və məsuliyyət hissinin azalmasıdır. Bir il ərzində davam edən gərgin hazırlıqdan sonra bu hal təbiidir. Lakin məhz bu məqamda xarakter və iradə ön plana çıxır. Məşhur sərkərdə Napoleon Bonapartın dediyi kimi: “Qələbə ən çox səbir göstərənlərin olur”. Son metrələrdə sürəti azaltmaq yox, əksinə artırmaq lazımdır.

Əgər mən bu gün bir abituriyentin yerində olsaydım, məktəb öhdəliklərinin də azalmasını nəzərə alaraq vaxtımın böyük hissəsini təkrara, sınaq imtahanlarına və test tapşırıqlarına həsr edərdim. Çünki ikinci cəhd artıq bilik toplamaq deyil, mövcud biliyi maksimum nəticəyə çevirmək mərhələsidir.

Unutmaq olmaz ki, imtahan taleyi müəyyən etmir, amma zəhmətin bəhrəsini göstərən mühüm mərhələdir. Bu son bir ayı düzgün qiymətləndirənlər avqust ayında seçim qarşısında deyil, seçim edən tərəf olacaqlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər